Qarabağ ın futbolçusu: İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borcluyuq
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bilirik.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ" futbol klubunun hücumçusu Musa Qurbanlı deyib.
23 yaşlı oyunçu Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş bölgələrə baş tutan səfər barəsində danışıb:
"Bu gün bu torpaqlarda olmaqdan qürur duyuruq. İşğaldan azad olunmuş torpaqlara olan səfərimizi şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bilirik. Müqəddəs torpaqlar uğrunda canından keçən şəhidlərə rəhmət, qazilərə can sağlığı arzu edirəm. Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirən döyüşçülərimizlə fəxr edirik".
Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri işğaldan azad olunmuş bölgələrə səfər çərçivəsində ilk olaraq Şuşa şəhərinə yollanıblar. Ardınca Xankəndi sakinləri ilə görüşən kollektiv sonda Ağdama yola düşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















