Icma.az
close
up
RU
İki dəfə yaralanmış döyüşçü: İşğaldan azad olunmuş torpaqlara fəxrlə gedirəm

İki dəfə yaralanmış döyüşçü: İşğaldan azad olunmuş torpaqlara fəxrlə gedirəm

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Şanlı Zəfər tariximizin beşinci ildönümünü yaşayırıq. Vətən müharibəsi dövründə 17 yaşım var idi, döyüşləri kənardan izləməyə məcbur idim. Silahlı Qüvvələrimiz tərəfindən 44 gün ərzində əldə olunan tarixi Qələbə mənim qəti qərar qəbul etməyimə səbəb oldu. Həmin torpaqlarda xidmət etməyi qarşıma məqsəd qoydum.

Bunu AZƏRTAC-a açıqlamasında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarının iştirakçısı, qazi Pərviz Veyisov bildirib.

2022-ci ilin yanvarında Vətənə borcunu ödəməyə yollanan Pərviz komando hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçib. Həmin müddətdə elə komando kimi Vətənin keşiyini çəkməyi qərarlaşdıran Veyisov müvafiq kurslardan uğurla keçərək istəyinə nail olub. 2023-cü ilin iyul ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətə başlayıb: “Antiterror əməliyyatları başlayanda iki ay idi ki, komando kimi xidmət edirdim. Vətən müharibəsində döyüşməyi necə ürəkdən istəmişdimsə, sanki Yaradan səsimi eşitmişdi. Tanrı mənə ərazi bütövlüyümüz uğrunda haqq savaşımızın sonuncu mərhələsinin - Zəfər tariximizin 23 saat 43 dəqiqəlik uğurlu antiterror əməliyyatının iştirakçısı olmağı nəsib etdi. Sentyabrın 19-da Xankəndi və Xocavənd istiqamətlərində hərbi əməliyyatlara qoşuldum. Həmin döyüşlərdə iki dəfə yaralandım. Belə ki, pusquya düşmüşdük, hər tərəfdən atəş altında idik. Yaralılarımız və şəhidlərimiz var idi. Mən yaralı olan silahdaşlarıma yaxınlaşıb, vəziyyətlərini öyrənmək istəyərkən snayper gülləsinə tuş gələrək yaralandım. Sentyabrın 20-si səhər saat 5-in yarısı pusqudan çıxa bildik. Yaralıların və şəhidlərin təxliyə edilməsinə başlanmışdı. Silahdaşlarım məni də döyüş meydanından çıxaran zaman düşmənin atdığı minaatan mərmisi yaxınlığımıza düşdü. Nəticədə qəlpə yaraları da aldım. Aldığım yaralardan sonra artıq xidmətimi davam etdirə bilmədim”.

Pərviz Veyisov deyib ki, hərb sahəsində qulluq etmək arzusu yarımçıq qalsa da, həlledici döyüşlərin iştirakçısı olmaqdan qürur duyur. “Döyüşdüyüm torpaqlara ayaq basanda bir başqa cür oluram. Abadlıq-quruculuq işləri aparılan torpaqları gördükcə müqəddəs amal uğrunda canından keçən qəhrəmanlar, çiyin-çiyinə döyüşdüyüm silahdaşlarım yadıma düşür. Döyüş yoldaşlarım üçün darıxsam da, onları dərin hörmət və ehtiramla xatırlayır, fəxr hissləri duyuram. O torpaqlara minlərlə qəhrəmanın son nəfəsi ilə “can gəldi”. Qalib Ordunun mənsubu, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda gedən döyüşlərin iştirakçısı olmaq çox qürurvericidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Pərviz Veyisov müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri