Icma.az
close
up
RU
Qarabağ ın ikinci yarıda o cür mübarizə aparacağını Ferentsvaroş da gözləmirdi Araz Bağırov

Qarabağ ın ikinci yarıda o cür mübarizə aparacağını Ferentsvaroş da gözləmirdi Araz Bağırov

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Ferentsvaroş" üzərində 3:1 hesablı qələbə qazanan "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə qatılmaq yolunda inamlı addım atdı. Hazırda 1-ci Liqa təmsilçisi "Difai"ni çalışdıran Araz Bağırovla əlaqə saxlayıb həm Macarıstandakı oyun barədə fikirlərini bölüşməsini xahiş etdik, həm də cavab qarşılaşmasından nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Açığı, heç kim fikirləşməzdi ki, "Qarabağ" səfərdə iki top fərqi ilə qələbə qazanacaq. Ən pozitiv azarkeşlər təmsilçimizin evə minimal üstünlüklə qayıdacağına inanırdılar. Macarıstanda heç-heçə qeydə alınsaydı, bunu da yaxşı nəticə sayardıq. Hesabı 29-cu dəqiqədə açan rəqibin ilk hissənin sonlarına yaxın da real qol fürsəti oldu. Həmin epizodda qapıçı Mateuş Koxalski əla seyvlə diqqət çəkdi. İlk yarıya baxanlar ikinci hissədə "Qarabağ"ın oyunu çevirəcəyini təbii ki, gözləmirdilər. Razılaşaq ki, komandamızın dayaq yarımmüdafiəçilərinin - Pedro Bikalyo və Marko Yankoviçin oyunu da birinci yarıda arzulanan səviyyədə alınmırdı. Bir-biri ilə anlaşmaları da zəif idi. Bir yerdə çox oynamadıqları üçün bunu normal qarşılamaq lazımdır. 

İkinci hissədə tam fərqli "Qarabağ" izlədik. Həm rəqibin yorulduğu sezilirdi, həm də ola bilər ki, vurduqları qola görə bir qədər rahatlaşmışdılar. Azərbaycan çempionu isə əksinə, birinci yarıdan lazım olan nəticəni çıxarmışdı. Fasilədən sonra qonaqlar daha dinamik, daha istəkli performans sərgilədilər. Məncə, "Qarabağ"ın o cür mübarizə aparacağını "Ferentsvaroş" da gözləmirdi. Komandamız ən vacib anlarda qollarını vurmağı bacardı. Qolların vurulma intervalı da maraqlıdır. Statistikaya baxsaq, görərik ki, "Qarabağ" 17 dəqiqədənbir "Ferentsvaroş"u məyus edib. Xoşbəxtlikdən ikinci yarıda hər şey alındı. Bəxt də güclünün tərəfində idi. 3:1 hesablı qələbə ciddi üstünlükdür və təbii ki, indi "Qarabağ"ın Liqa mərhələsinə vəsiqə qazanmaq ehtimalı olduqca yüksəkdir".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Avqust 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri