Icma.az
close
up
RU
Qarabağ ın matçında qanunsuz reklam? Klubdan ÖZƏL AÇIQLAMA

Qarabağ ın matçında qanunsuz reklam? Klubdan ÖZƏL AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşması təkcə idman mübarizəsi ilə deyil, eyni zamanda yayımlanan reklam görüntüləri ilə də diqqət çəkib. Qarşılaşma zamanı həm stadionda yerləşdirilən reklam lövhələrində, həm də televiziya yayımında “bet365” mərc şirkətinin reklamının açıq şəkildə nümayiş olunduğu müşahidə edilib. Bu hal sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi suallar doğurub. Məsələ ondadır ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində qanunsuz sayılan mərc və qumar oyunlarının reklamı qadağandır. “bet365” isə Azərbaycanda lisenziyası olmayan, fəaliyyəti rəsmi şəkildə icazə verilməyən mərc şirkətləri sırasında yer alır. Bu baxımdan, sözügedən şirkətin reklamının beynəlxalq turnir çərçivəsində yayımlanması hüquqi ziddiyyət kimi qiymətləndirilir.
Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən stadionda və onun ətraf ərazisində “Bet365” mərc oyunun reklamı fiziki olaraq yerləşdirilməyib:
“Ümumiyyətlə, reklam real məkanda mövcud olmayıb. Bu görüntü VBR (Virtual Board Replacement)  adlanan texnologiya vasitəsilə formalaşdırılıb. Həmin sistem canlı yayım zamanı stadiondakı reklam lövhələrinin rəqəmsal şəkildə dəyişdirilməsinə imkan verir. Yəni televiziya izləyicisi üçün görünən reklam, stadionda olan tamaşaçılar üçün mövcud olmayıb. Bu səbəbdən yayımlanan görüntülərə görə stadionun və yerli təşkilatçıların birbaşa məsuliyyəti yoxdur”.

Qeyd edək ki, VBR texnologiyası canlı yayım zamanı stadiondakı reklam lövhələrinin rəqəmsal şəkildə dəyişdirilməsinə imkan verir. Bu o deməkdir ki, stadionda olan azarkeşlər tamamilə fərqli reklamlar gördüyü halda, televiziya tamaşaçıları yayım hüququnu alan tərəfin müəyyən etdiyi rəqəmsal reklamları görürlər.
Leyla Turan
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri