Qarabağ ın məşqçi heyətinin rəqibin ilk hissədəki oyununu təhlil etməsi... Elgiz Kərəmli
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Dünən UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Ferentsvaroş"la qarşılaşan "Qarabağ" evə 3:1 hesablı qələbə ilə qayıtdı. Azərbaycanın gənc və ən perspektivli məşqçilərindən olan, hazırda 1-ci Liqa təmsilçisi "Şəfa"nı çalışdıran Elgiz Kərəmli ilə əlaqə saxlayıb Macarıstandakı oyunu haqda fikirlərini bölüşməsini və təmsilçimizin qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə yüksəlmək şasnlarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Öncə bizlərə sevinc bəxş etdikləri üçün "Qarabağ" kollektivinə təşəkkür edirəm. Oyuna gəlincə, ilk hissə komandamız üçün heç də asan kecmədi. Bu da təbiidir, stadionun atmosferi təsir edir və rəqibi tanımaq baxımından müəyyən zamana ehtiyac olur. Fasiləyə məğlub yollanan təmsilçimiz ikinci yarıda fərqli futbolla diqqət çəkdi. "Qarabağ"ın məşqçi heyətinin rəqibin ilk hissədəki oyununu təhlil etməsi ikinci yarıda oyuna nəzarəti tam şəkildə ələ almağımızı şərtləndirdi. "Qarabağ" geridönüş edərək 3 qol vurmağı bacardı və evə inamlı qələbə ilə döndü.
İkinci oyunda komandamız meydana rəqibi daha yaxşı tanıyaraq çıxacaq. Azərkeş dəstəyindən də faydalanaraq yaxşı nəticə əldə edəcəyimizə şübhə etmirəm. "Qarabağ"a inanır və uğurlar arzu edirəm".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















