Qarabağ ın məşqçisi hansı kluba gedir?
Icma.az, Fanat saytına istinadən bildirir.
Mövsümün ikinci yarısını uğurlu keçirməsinə baxmayaraq Elnur Abdullayevi istefaya göndərən "Şahdağ Qusar" baş məşqçi postuna axtarışlarını davam etdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, I Liqa təmsilçisinə həm sponsorluq, həm də rəhbərlik edən "ISFA Green Life" şirkətinin direktoru Samir Xeyirbəyov bir neçə namizədlə görüşüb.
Komandanı çalışdırmağa namizədlərdən biri "Qarabağ"ın akademiyasının məşqçisi Asif Əlizadədir. Yekun qərar verilməsə də, tərəflər ortaq məxrəcə gəlməyə yaxındır. Məsələyə iyunun 8-15-i aralığında aydınlıq gələcəyi gözlənilir.
Qeyd edək ki, Asif Əlizadə "Qarabağ"ın son illər U-14 və U-16 komandalarını çalışdırıb, birncilərlə Belarusda keçirilən turnirin qalibi olub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 İyun 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















