Icma.az
close
up
RU
Valdas Dambrauskas: Qarabağ ı başa düşmək olar

Valdas Dambrauskas: Qarabağ ı başa düşmək olar

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq "Kəpəz"lə oyuna hazırlaşmalıyıq.

- Lider olmaq komandanın üzərində təzyiq yaratmır?

- Biz sadəcə növbəti məşqə və qarşıdakı oyuna köklənirik. Heç vaxt liderlik barədə danışmırıq, turnir cədvəlinə baxmırıq. Öz inkişafımıza fokuslanmışıq. Səhvlərimizi təhlil edirik. 

- Sizin ölkəniz Litvada çempionluq mübarizəsi aparan komandanın çempionat oyunu avrokubok matçına görə təxirə salınsaydı, ictimaiyyət necə reaksiya verərdi?

- Bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Əsas məqsədimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən belə hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələsi oyunları olur. Belə hallarda bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bilmirəm bu, belə olmalıdır ya yox. Təqvimə nəzarət edən qurumlar olmalıdır. "Neftçi" və "Qarabağ" köklü klublardır. Biz daha çox özümüzə köklənirik. "Qarabağ"ı başa düşmək olar. Tarixi uğur əldə ediblər. Amma belə olan halda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm. 

- İngiltərədə məşqçi kimi çalışmısız. "Nyukasl" qarşısnda "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiz?

- Üzr istəyirəm, amma mən bu suala cavab verməyəcəm.

- "Qarabağ"ın təcrübəsi çoxdur, amma "Sabah" uğura acdıq. Sizcə, çempionluq mübarizəsində hansı amil həlledici ola bilər?

- Yenə eyni suala qayıdırıq. Məndən turnir cədvəlinin necə olacağıpnı soruşursuz. Hələ qarşıda 13 oyun var. Çempionluq yarışında olsaq da, biz daha çox özümüz özümüzlə yarış içindəyik, mübarizə aparırıq. Daha çox özümüzə köklənirik, səhvlərimizin üzərində işləyirik. Nələrin baş verəcəyini mayın sonunda biləcəyik.

- UEFA Millətlər Liqasında Azərbaycanla Litva eyni qrupa düşüb. Şansları necə dəyərləndirirsiz?

- Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim "Çelye"də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında "Qarabağ"da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçiolər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir.

- "Qəbələ"nin ləğv olunan qolu ilə bağlı fikirləriniz necədir?

- Bu, məim səlahiyyətimdə olaan məslə deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Bəzən VAR lehinə, bəzən əleyhinə işləyir. "Sumqayıt"la matçda bizim əleyhimizə işlədi. İki qolumuzu ləğv etdilər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf "Qəbələ" olacaqdı. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq.

Elçi Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 Fevral 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri