Icma.az
close
up
RU
Qarabağ ı başa düşmək olar Valdas Dambrauskas

Qarabağ ı başa düşmək olar Valdas Dambrauskas

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ı başa düşmək olar" - Valdas Dambrauskas

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Sabah" səfərdə "Qəbələ"nin qonağı olub. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.

Litvalı mütəxəssis rəqibin oyununu yüksək qiymətləndirib və turnir cədvəlində liderliyə yüksəlmələrinə baxmayaraq əsas diqqəti öz inkişaflarına yönəltdiklərini bildirib. O, həmçinin oyunun sonunda ləğv edilən qol epizodu və "Qarabağ"ın matçının təxirə salınması barədə sualları cavablandırıb:

"Oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci hissədə müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq "Kəpəz"lə oyuna hazırlaşmalıyıq."

Daxili çempionatdakı təxirəsalınmalar və "Qarabağ"ın Çempionlar Liqasındakı uğuru barədə Dambrauskas bunları qeyd edib:

"Bu, bizim səlahiyyətimiz daxilində olan məsələ deyil. Əsas hədəfimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən oxşar hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələləri keçirildiyi üçün bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm, çünki təqvimə nəzarət edən müvafiq qurumlar var.

"Neftçi" və "Qarabağ" köklü klublardır. "Qarabağ"ın vəziyyətini anlamaq olar, onlar tarixi bir uğura imza atıblar. Lakin belə məqamlarda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm, bunun üçün xüsusi qurumlar var və mən onların qərarlarına hörmətlə yanaşıram".

Hakimlik və VAR mövzusuna toxunan baş məşqçi texnologiyanın bəzən futbolun ruhuna təsir etdiyini bildirib:

"Bu, mənim səlahiyyətimdə olaan məsələ deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Bəzən lehinə, bəzən əleyhinə işləyir. "Sumqayıt"la matçda bizim iki qolumuzu ləğv etdilər. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf 'Qəbələ' olacaqdı.”

Dambrauskas həmçinin Millətlər Liqasındakı Azərbaycan-Litva rəqabətini "maraqlı təsadüf" adlandırıb və hər iki komandanın qrupda əsas söz sahibi olacağını vurğulayıb:

"Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim "Çelye"də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında "Qarabağ"da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir".(sportal.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 Fevral 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri