Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi bəyanat yayıb

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi bəyanat yayıb

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi 15 noyabr 2024-cü il tarixində BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin qəbul edilməsini alqışlayır, sənədin əsas müəllifi olan Azərbaycan dövlətinə və onu dəstəkləmiş digər ölkələrə öz təşəkkürünü bildirir. Azərbaycanın irəli sürdüyü bu beynəlxalq təşəbbüs, eləcə də son illərdə ölkəmizdə itkin düşmüş şəxslər probleminə dair keçirilmiş beynəlxalq tədbirlər bu problemi beynəlxalq gündəlikdə saxlamaqla onun öz həllini tapması ilə bağlı ümidlərimizi artırır.

Qətnamədə insanların itkin düşməsinin onların ailələrinin ağır əzablarına və bir çox insan haqları pozuntularına səbəb olmasının vurğulanması bizim üçün çox önəmlidir. İllərlə davam edən bu problem itkinlərin ailələrinin gözünü yolda qoymaqla yanaşı, bizim ailə birliyimizin və doğmalarımızın aqibətini bilmək hüququmuzun pozulmasına səbəb olur.

Qətnamə dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, itkin düşmə səbəblərini düzgün şəkildə araşdırmaq və itkinlərin taleyini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırmaqla yanaşı, itkin ailələrinə dəstək verilməsi və onlarla əməkdaşlıq edilməsi kimi vacib məqamlara toxunur.

Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın, İkinci Qarabağ müharibəsində isə 6 soydaşımız itkin düşmüşdür, onlar arasında uşaqlar və qadınlar da vardır. Birinci Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə Ermənistan tərəfindən bu illər ərzində bizə heç bir məlumat verilməmişdir. Bu hal azərbaycanlı itkinlərin ailələrinin böyük bir insanlıq faciəsi ilə üzləşməsinin göstəricisidir.

Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi Azərbaycan hökumətinə bu ərazilərdə itkin düşmüş şəxslərin axtarışını, insan qalıqlarının aşkar edilməsini və identifikasiyasını həyata keçirməyə imkan yaratmışdır. Görülən işlər illərlə gözümüzü yolda qoyan xəbərsizliyin bitməsi üçün böyük ümidlər yaratsa da, Ermənistanın ehtimal olunan kütləvi məzar yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə ötən müddət ərzində cəmi 22 kütləvi məzarlığın aşkarlanmasının mümkün olması bizi hədsiz dərəcədə məyus etmiş, əzizlərimizin insanlığa sığmayan rəftara məruz qalaraq öldürülməsi və nəşlərinin kütləvi məzarlarda illərlə gizlədilməsi faktı üzləşdiyimiz haqsızlığın nə qədər böyük olduğunu bir daha sübut etmişdir.

Biz itkin-şəhidlərimizin qalıqlarının axtarılması, identifikasiyası və ailələrinə təhvil verilərək, şəhid adına layiq şəkildə dəfn mərasimlərinin təşkilinə görə dövlətimizə minnətdarıq. Artıq bir sıra itkin ailələri otuz ilə yaxın davam edən həsrətə son verərək, xəbəsizlikdən doğan faciələrini öz əzizlərinin məzar daşına sahib olmaq təsəllisi ilə əvəz edə bildikləri üçün bir az da olsa rahatlıq tapa bilmişlər. Lakin bu təsəllini gözləyən minlərlə itkin ailəsinin gözü hələ də yoldadır.

BMT tərəfindən qəbul edilmiş sənəddə, həmçinin mina probleminin itkinlərin taleyinin aydınlaşdırılmasına törətdiyi əngəllərlə bağlı narahatlığın ifadə edilməsi və dövlətlərin insan qalıqlarının təhlükəsiz şəkildə axtarışı üçün əməkdaşlıq etməyə çağırılması bizim üçün önəmlidir. Biz öz təcrübəmizdən bilirik ki, azərbaycanlı köçkünlər torpaqlarımızın artıq dörd ildən çox müddətdir ki, azad olmasına baxmayaraq, mina təhlükəsi səbəbindən, hələ də torpaq həsrəti çəkir. Bu amansız tələ dörd il ərzində dörd yüzə yaxın soydaşımızın ölümünə və yaralanmasına səbəb olmaqla yanaşı, bu ərazilərdə görülən bütün işlərə, o cümlədən itkinlərin qalıqlarının axtarışına mane olur.

Biz “Qarabağ İtkin Ailələri” İctimai Birliyi bir daha Ermənistan tərəfini itkinlərin taleyinin aydınlaşdırılması istiqamətində beynəlxalq öhdəliklərini, eləcə də BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin tələblərini yerinə yetirməyə çağırır, hüquqlarımızın 30 ildən çox davam edən pozuntusuna son verməyi, kütləvi məzarlıqların yerləri barədə məlumat verməyi və bu cinayətləri törədənləri cəzalandırmağı tələb edirik. Hər bir itkin ailəsinin öz doğmasının aqibətini bilmək hüququ vardır!

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri