Icma.az
close
up
RU
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin qəbul edilməsini alqışlayır

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin qəbul edilməsini alqışlayır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi BMT Baş Assambleyasının “İtkin düşmüş şəxslər” qətnaməsini qəbul etməsi ilə bağlı bəyanat yayıb.

İctimai Birlikdən daxil olan bəyanatda deyilir: “Qarabağ İtkin Ailələri” İctimai Birliyi 2024-cü il 15 noyabr tarixində BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin qəbul edilməsini alqışlayır, sənədin əsas müəllifi olan Azərbaycan dövlətinə və onu dəstəkləmiş digər ölkələrə təşəkkürünü bildirir. Azərbaycanın irəli sürdüyü bu beynəlxalq təşəbbüs, eləcə də son illərdə ölkəmizdə itkin düşmüş şəxslər probleminə dair keçirilmiş beynəlxalq tədbirlər bu problemi beynəlxalq gündəlikdə saxlamaqla onun həllini tapması ilə bağlı ümidlərimizi artırır.

Qətnamədə insanların itkin düşməsinin onların ailələrinin ağır əzablarına və bir çox insan haqları pozuntularına səbəb olmasının vurğulanması bizim üçün çox önəmlidir. İllərlə davam edən bu problem itkinlərin ailələrinin gözünü yolda qoymaqla yanaşı, bizim ailə birliyimizin və doğmalarımızın aqibətini bilmək hüququmuzun pozulmasına səbəb olur.

Qətnamə dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, itkin düşmə səbəblərini düzgün şəkildə araşdırmaq və itkinlərin taleyini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırmaqla yanaşı, itkin ailələrinə dəstək verilməsi və onlarla əməkdaşlıq edilməsi kimi vacib məqamlara toxunur.

Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın, İkinci Qarabağ müharibəsində isə 6 soydaşımız itkin düşmüşdür, onlar arasında uşaqlar və qadınlar da vardır. Birinci Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə Ermənistan tərəfindən bu illər ərzində bizə heç bir məlumat verilməmişdir. Bu hal azərbaycanlı itkinlərin ailələrinin böyük bir insanlıq faciəsi ilə üzləşməsinin göstəricisidir.

Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi Azərbaycan hökumətinə bu ərazilərdə itkin düşmüş şəxslərin axtarışını, insan qalıqlarının aşkar edilməsini və identifikasiyasını həyata keçirməyə imkan yaradıb. Görülən işlər illərlə gözümüzü yolda qoyan xəbərsizliyin bitməsi üçün böyük ümidlər yaratsa da, Ermənistanın ehtimal olunan kütləvi məzar yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə ötən müddət ərzində cəmi 22 kütləvi məzarlığın aşkarlanmasının mümkün olması bizi hədsiz dərəcədə məyus etmiş, əzizlərimizin insanlığa sığmayan rəftara məruz qalaraq öldürülməsi və nəşlərinin kütləvi məzarlarda illərlə gizlədilməsi faktı üzləşdiyimiz haqsızlığın nə qədər böyük olduğunu bir daha sübut edib.

Biz itkin-şəhidlərimizin qalıqlarının axtarılması, identifikasiyası və ailələrinə təhvil verilərək, şəhid adına layiq şəkildə dəfn mərasimlərinin təşkilinə görə dövlətimizə minnətdarıq. Artıq bir sıra itkin ailələri otuz ilə yaxın davam edən həsrətə son verərək, xəbərsizlikdən doğan faciələrini öz əzizlərinin məzar daşına sahib olmaq təsəllisi ilə əvəz edə bildikləri üçün bir az da olsa rahatlıq tapa bilmişlər. Lakin bu təsəllini gözləyən minlərlə itkin ailəsinin gözü hələ də yoldadır.

BMT tərəfindən qəbul edilmiş sənəddə, həmçinin mina probleminin itkinlərin taleyinin aydınlaşdırılmasına törətdiyi əngəllərlə bağlı narahatlığın ifadə edilməsi və dövlətlərin insan qalıqlarının təhlükəsiz şəkildə axtarışı üçün əməkdaşlıq etməyə çağırılması bizim üçün önəmlidir. Biz öz təcrübəmizdən bilirik ki, azərbaycanlı köçkünlər torpaqlarımızın artıq dörd ildən çox müddətdir azad olmasına baxmayaraq, mina təhlükəsi səbəbindən hələ də torpaq həsrəti çəkir. Bu amansız tələ dörd il ərzində 400-ə yüzə yaxın soydaşımızın ölümünə və yaralanmasına səbəb olmaqla yanaşı, bu ərazilərdə görülən bütün işlərə, o cümlədən itkinlərin qalıqlarının axtarışına mane olur.

Biz “Qarabağ İtkin Ailələri” İctimai Birliyi bir daha Ermənistan tərəfini itkinlərin taleyinin aydınlaşdırılması istiqamətində beynəlxalq öhdəliklərini, eləcə də BMT Baş Assambleyası tərəfindən “İtkin düşmüş şəxslər” qətnaməsinin tələblərini yerinə yetirməyə çağırır, hüquqlarımızın 30 ildən çox davam edən pozuntusuna son verməyi, kütləvi məzarlıqların yerləri barədə məlumat verməyi və bu cinayətləri törədənləri cəzalandırmağı tələb edirik. Hər bir itkin ailəsinin öz doğmasının aqibətini bilmək hüququ vardır!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri