Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qarabağ kanalının yenidən qurulması ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib

Qarabağ kanalının yenidən qurulması ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında» 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanmışdır.

Sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq tədbirlərin görülməsi, mərkəzi icra hakimiyyəti orqanlarına və icra hakimiyyətlərinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) isə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır.

Sərəncamdan irəli gələn məsələlərin icrasını vaxtında təmin etmək, eləcə də layihə işlərinin həyata keçirilməsini sürətləndirmək və görüləcək işlərin aidiyyəti qurumlarla birgə əlaqələndirilmiş şəkildə aparılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış İşçi qrupunun 01.08.2025-ci il tarixində iclası keçirilmişdir.

İclası İşçi qrupun rəhbəri Rafiq Aslanov açaraq, 1958-ci ildə istismara verilmiş,  uzunluğu 172,4 km, normal su sərfi 113 m³/san olan Qarabağ suvarma kanalının mövcud vəziyyəti və onun yenidən qurulmasının xüsusi əhəmiyyətlərindən danışdı. O çıxışında, başlanğıcını Mingəçevir su anbarından götürən Qarabağ suvarma kanalının 1 şəhər və 8 rayonun (Mingəçevir şəhəri, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonları) 115 min hektara yaxın əkin sahələrinin suvarma, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təmin olunmasına xidmət etdiyi ilə yanaşı, yay aylarında Araz çayındakı su çatışmazlığının aradan qaldırması məqsədilə Qarabağ kanalı vasitəsilə 25-30 m³/san suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyünü, bununla da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının da əkin sahələrinin su təminatının yaxşılaşdırılmasının təmin olunduğunu bildirdi. Eyni zamanda, o qeyd etdi ki, kanalın suyundan İstilik Elektrik Stansiyasının aqreqatlarının soyudulması məqsədi ilə də istifadə edilir. İclas iştirakçılarının diqqətinə çatdırıldı ki, 1955-ci ildə kanalın bugün xidmət etdiyi ərazilərdə qrunt suyunun dərinliyinin 10-15 metr olmuşdur, lakin torpaq məcralı Qarabağ kanalı tikilərək istismara verildikdən sonra kanaldan sızan sular hesabına həmin ərazilərdə qrunt suyunun yatım dərinliyi 1-1,5 m qədər yer səthinə qədər qalxmış, bu da ərazilərin şorlaşmasına və kənd təsərrüfatı sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Bunun qarşısını almaq üçün sonrakı dövrlərdə həmin ərazilərin qrunt sularının yatım dərinliyinin aşağı salınması və təkrar şorlaşmasının qarşısının alınması məqsədi ilə kollektor-drenaj şəbəkəsnin tikildiyi bildirildi.

Daha sonra, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyininin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi ilə bağlı nəzərdən keçirilən alternativlərin təqdimatı keçirilərək, layihənin texniki-iqtisadi göstəriciləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verildi.

Təqdimatdan sonra iclas iştirakçılarının sualları cavablandırılaraq, rəy və təklifləri dinlənildi.

İclasın sonunda, iştirakçlılar tərəfindən səsləndirlən rəy və təkliflər nəzərə alınmaqla, Qarabağ suvarma kanalının texniki-iqtisadi əsaslandırmasının daha dolğun işlənməsi qərara alındı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see198

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see135

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri