Qarabağ la eyni gündə avrokubok matçı keçirəcək Zirə nin planı nədi? azarkeş problemi...
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlumdu ki, Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo" ilə qarşılaşacaq "Zirə" ev oyununu Sumqayıtda - "SOCAR Polymer Arena"da keçirəcək. İş ondadı ki, həmin gün, yəni iyulun 9-da "Qarabağ" da avrokuboklarda yeni mövsümə start verəcək. Avropa Liqasında mübarizə aparacaq "köhlən atlar" "Vestri"ni qəbul edəcək. "Qartallar"ın Zirədən xeyli uzaqda oynayacağını nəzərə alsaq, bu matçda azarkeş marağı gözləniləndən daha az ola bilər.
Bəs, klub bu yöndə ciddi problem yaşanmaması üçün hansısa tədbirlər görəcəkmi? Stadiona daha çox tərəfdarın cəlb olunması yönündə plan var?
Bu suallarla qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bu barədə düşünmək üçün zaman var. Bütün məqamların dəqiqləşməsini gözləyirik. Əlbəttə, müəyyən işlər görüləcək və hər biri haqda ictimaiyyətə məlumat veriləcək".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 İyun 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















