Icma.az
close
up
RU
Qarabağ la maçtda da belə səhvlər etsək, bu bizim üçün yaxşı qurtarmayacaq Saşa İliç

Qarabağ la maçtda da belə səhvlər etsək, bu bizim üçün yaxşı qurtarmayacaq Saşa İliç

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Misli Premyer Liqasında 1-ci turun daha bir görüşü keçirilib. "Sumqayıt" "Kəpəz"lə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:

- Əslində mən də hər bir oyunda hücumameyilli futbol oynamaq istərdim. Amma reallıq ondan ibarətdir ki, bu alınan bir şey deyil. Çünki Azərbaycan Premyer Liqasında "Qarabağ", "Neftçi" və bir sıra güclü komandalar oynayır. Hər bir komandaya ayrı hazırlaşacağıq. İkinci hissədə oyun cəhətdən bir sıra problemlərimiz oldu. Çalışacağıq ki bunu növbəti oyunlarda aradan qaldıraq. 

- İkinci hissədə hesabı artıra bilmədiniz. Bu hesabdan irəli gələn rahatlıq idimi? Yoxsa fiziki problemlə bağlı idi?

- Fiziki problemlə bağlı olduğuna inanmıram. Çünki 2-ci hissədə biz bir neçə əvəzetmələr etdik və yeni oyunçular meydana daxil oldu. Əslində, mən problemi oyunçuların fərdi səhvlərində görürəm. Adlarını çəkmək istəmirəm, amma 3:0 hesabda öndəsənsə, daha rahat və sadə oynamalısan. Lakin bəzi oyunçular bunu dərk eləmir. Bəzi hava mübarizələrində səhvlər oldu. Təbii ki, Ninkoviç və Keffel tam hazır deyil. Ona görə də biz bu əvəzetmələri edirik ki, oyunçular komandaya tam uyğunlaşa bilsinlər. 

- Növbəti tur "Qarabağ"la oynayacaqsınız. Bildiyiniz kimi də "Qarabağ" Çempionlar Liqasında Macarıstan səfərindən qayıdacaq. Bunu "Sumqayıt" üçün üstünlük saymaq olarmı?

 - "Qarabağ"ı Azərbaycanın ən güclü klubu kimi görürəm və onların avrokuboklardakı oyunlarını da izləyirəm. "Ferentsvaroş"la matç onlar üçün çətin olacaq, amma bizim üçün liqadakı matç bilmirəm avantaj olacaq ya dezavantaj. Bu matçda biz bu gün etdiyimiz kimi səhvlər etsək, bu bizim üçün yaxşı qurtarmayacaq. 

 - Burda olduğuvuz müddətdə azərbaycanlı futbolçuların mentalitetini dəyişə bildinizmi? Oyunda Ayxan Süleymanovun 2 epizodda komanda hücuma keçərkən geriyə oynadı və bundan sonra onu əvəz etdiniz...

- Ayxanı oyunçu kimi bəyənirəm. İlk hissəni yaxşı oynasa da, ikinci hissədə bəzi səhvlər etdi. Mənim onla söhbətim də oldu. Təbii ki gələcəkdə inkişaf emək istəyirsə, bu səhvləri etməməlidir.

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Avqust 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri