Icma.az
close
up
RU
Saşa İliç: “Qarabağ” Azərbaycanın ən güclü klubudur“

Saşa İliç: “Qarabağ” Azərbaycanın ən güclü klubudur“

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının XII turunun "Sumqayıt" - "Qarabağ" matçından (2:4) sonra ev sahiblərinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Azarkeşlərə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. “Qarabağ”a uğurlar arzu edirəm. Ümid edirəm, “Napoli” ilə oyunda yaxşı nəticə qazanarlar. Bu gün baxımlı futbol alındı. 6 qol, çoxlu qol imkanları var idi. Azarkeşlər üçün də maraqlı oyun oldu. İlk 10 dəqiqədə oyunumuz bir az alınmadı. Rəqibdən sanki çəkinirdilər. Lakin qoldan sonra toparlandıq və maraqlı oyun göstərdik. İkinci hissəyə yaxşı başladıq. Ancaq Rayan Senhacinin qırmızı vərəqə alması işimizi çətinləşdirdi. “Qarabağ” kimi komandaya qarşı 10 nəfərlə də şanslar yaratdıq".

– Senhacinin qovulması, penaltini vura bilməməyiniz nəticəyə təsir etdi?
– Qırmızı vərəqənin düzgün qərar olduğunu düşünmürəm. Lakin hakim qərarını verib. “Qarabağ”ın hakim köməyinə ehtiyacı yoxdur. Penalti vuranımız Yankoviç idi, amma oyunda olmadığı üçün Ramalinqom topu götürdü.

– Səbuhi Abdullazadə kapitandır və penaltini vurmaq istəyirdi. Amma Ramalinqom buna icazə vermədi. Hansısa tədbir görüləcək?
– Ramalinqomla söhbətim olub. Ancaq onu da başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Amma səhv mənimdir. Gərək penalti vuranları əvvəlcədən müəyyənləşdirək.

– Azı bir xal qazanmaq üçün nə çatmadı?
– “Qarabağ” kimi komandaya qarşı oynayanda müdafiədə səhvlər qaçılmaz olur. Futboldur, imkanlarımız oldu, dəyərləndirə bilmədik.

– “Qarabağ”ı məğlub edən yeganə komandasınız. Bu gün də xal ala bilərdiniz. Onlara qarşı oynamağın yolunu tapmısınız?
– “Qarabağ” Azərbaycanın ən güclü klubudur. Güclərini Avropada da göstərirlər. Müəyyən şanslarımız var idi. Lakin səhvlər də etdik. Xüsusi bir şey yoxdur.

– Ramalinqomu heç bir halda penalti vuran görməyəcəyik?
– Bunu deyə bilmərəm.

– Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?
– Normal oyun idi. Hakimlikdən danışmağı sevmirəm. Lakin mən olsaydım, ikinci sarı vərəqəni verməzdim. Bundan sonra oyun dəyişdi. Komandamdan razıyam. Azlıqda olsaq da, qol vurduq.

– Bu gün sanki ilk dövrədəki qələbə qazanan “Sumqayıt”dan daha yaxşı komanda var idi. Razısınız?
– Nəticə olaraq, ilk oyun yaxşı idi. Amma azarkeşlər üçün bugünkü matç daha baxımlı alındı.  Son ötürmələrdə çatışmazlıqlar oldu. İnanmıram ki, “Qarabağ” bundan sonra hansısa oyunda iki qol buraxa.

Azər Həşimov köməkçilərini günahlandırdı: “Vüsal Məsimov əvəzlənmək istəməyib” “Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb Azər Bağırov: “Təcrübəsizlik öz sözünü deyir” "Kəpəz" Yevlax səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Premyer Liqada gərgin an: Əvəzləmək istədilər, futbolçu meydandan çıxmadı - VİDEO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Noyabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri