Icma.az
close
up
RU
Yalnız “Qarabağ”la “Araz Naxçıvan” büdrəmədi Tura baxış

Yalnız “Qarabağ”la “Araz Naxçıvan” büdrəmədi Tura baxış

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XIII turu əsasən heç-heçələrlə yadda qaldı. Turun ilk iki günündə keçirilən qarşılaşmalarda qalib müəyyənləşmədi. Yalnız sonuncu gün “Qarabağ”la “Araz Naxçıvan” növbəti qələbələrini qazanaraq izləyicilərindən bir qədər də uzaqlaşmağı bacardı.

"Neftçi" – "Şamaxı" 2:2 
Qollar:
Dembo Darbo, 1. Murad Məmmədov, 4. - Brahim Konate, 29. Leroy Mikels, 43.

“Neftçi”: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rusatam Samigullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 6. Rafael Quzzo, 23. Robert Bauer, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.   

“Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 66. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.

Görünən odur ki, Samir Abasovun gəlişi də “Neftçi”də ciddi nəyisə dəyişdirməyib. “Ağ-qaralar” yenidən qələbəyə həsrət qalıb. Bu seriya artıq üç oyuna çatdı. Halbuki, “Şamaxı” ilə oyunda qələbə qazanmaq üçün əla fürsət var idi. Darbo ilk həmlədəcə hesabı açdı. 4-cü dəqiqədə isə “Neftçi” ikinci qolu vurdu. Gənc Murad Məmmədov fərqləndi. Hər kəs 3 xalın “Neftçi”nin cibində olduğunu düşünərkən “Şamaxı” bu düşüncələri alt-üst etdi. Artıq fasiləyə qədər hesab bərabərləşdi. Konate 29-cu dəqiqədə fərqi azaltdı, Mikels isə fasilə ərəfəsində bərabərlik qolunu vurdu. “Neftçi”nin yenidən önə keçmək üçün bütöv bir 45 dəqiqəsi olsa da, qələbə qolunu vurmağı heç kim bacarmadı.
10 xalı olan “Neftçi” turnir cədvəlinin 8-ci pilləsindədir. 13 xallı “Şamaxı” “Neftçi”nin bir pillə qabaqlayır.

"Səbail" – "Turan Tovuz" 1:1 
Qollar:
Rüfət Abdullazadə, 41 - Faiq Hacıyev, 86.
Kristian da Silva 45-ci dəqiqədə penaltidən yararlana bilməyib (tir).

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 21. Ayman Bouali, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 36. Azad Əsgərov, 10. David Qomis, 44. Amir Bilali
Məşqçi: Elvin Məmmədov

"Turan Tovuz": 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 80. Otto Con
Baş məşqçi: Kurban Berdiyev

Şahin Diniyevin klubla yollarını ayırmasından sonra “Səbail”i “Turan Tovuz”la oyuna Elvin Məmmədov çıxarmışdı. Gənc mütəxəssisin ona bəslənən etimadı doğrultduğunu söyləmək mümkündür. “Dənizçilər” cəsarətli oyunu ilə izləyənlərin alqışını və vacib 1 xalı qazandılar. İlk yarıda üstünlüyün bütünlüklə meydan sahiblərinin tərəfində olduğunu deyə bilərik. Bu mənada Rüfət Abdullazadənin baxımlı qolu da məntiqə uyğun idi. Amma bu qoldan az sonra qonaqlar hesabı bərabərləşdirə bilərdi. Kristian penaltini tirə vurdu, dönən topu Ayxan Hüseynov qapıdan keçirsə də hakimlər qayda pozuntusuna işarə etdilər. Bununla belə “Turan Tovuz” məğlubiyyətdən qaça bildi. Faiq Hacıyev 86-cı dəqiqədə başla fərqləndi.
Qazanılan bir xal “Səbail”ə irəliləməyə imkan vermədi. Komanda 9-cu pillədən qurtula bilmir. “Turan Tovuz” isə 26 xalla ilk “üçlüyü” qapayır.

"Sabah" – "Kəpəz" 2:2 
Qollar:
Orxan Əliyev, 33-öz qapısına. Kahim Parris, 74 - Orxan Əliyev, 4. Nicat Süleymanov, 89.

“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 6. Abdullax Xaibullayev, 7. Boyan Letiç, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

“Kəpəz”: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 10. Karim Lkouça, 19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov

“Sabah”ın qələbə həsrəti 6 oyuna çatdı. “Neftçi” kimi “Sabah” da bu tur aşkar favorit hesab olunurdu. Amma “bayquşlar” bu adı doğrultmadı. Özü də oyunda hesabı açan “Kəpəz” oldu. Uğursuz geriyə ötürməni Orxan Əliyev qapıdan keçirməklə hesabı açdı. Əliyev 33-cü dəqiqədə daha bir qol vurdu. Bu dəfə onun adı tabloya avtoqol müəllifi kimi yazıldı. Parris ikinci hissədə fərdi ustalığı sayəsində “Sabah”ı önə keçirsə də, Yusif İmanovla Letiç komanda yoldaşlarının zəhmətini yerə vurdu. İlk qol zamanı inamsız oynayan Letiç bu dəfə də Nicat Süleymanovla ikili mübarizəni uduzdu və “Kəpəz”in futbolçusu topu başla qapıya yolladı. 89-cu dəqiqədə yaşanan epizod zamanı Yusif İmanovun da inamsız oynadığını qeyd etməliyik.
Hərəyə iki qol vuran tərəflər meydandan bir xalla ayrıldılar. 7 xallı “Kəpəz” hələ də sonuncu pillədədir. 18 xalı olan “Sabah” isə 5-ci yerdə qərarlaşıb.

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:0 
Qol:
Ülvi İsgəndərov, 87

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 23. Nuno Rodriqes
Baş məşqçi: Elmar Baxşıyev 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 41. Uğur Cahangirov20. Ayxan Süleymanlı9. Nikola Vuynoviç, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov

“Araz Naxçıvan”ın inamlı çıxışı davam edir. Əyalət təmsilçisi bu dəfə “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazandı. Vaqif Cavadovun gəlişindən sonra yaxşı çıxış edən qonaqlar xal qazanmağa yaxın olsalar da, onların bu planını Elmar Baxşıyevin əvəzetməsi pozdu. “Qəbələ”də uğurlu əvəzedici kimi ad çıxaran Ülvi İsgəndərov bu missiyanı “Araz Naxçıvan”da da davam etdirir. Əvəzetmədən meydana daxil olan Ülvi dəqiqələr sonra “Sumqayıt”ın qapısına yol tapmaqla komandasına 3 xal qazandırdı.
30 xallı “Araz Naxçıvan” “Qarabağ”ın ən yaxın izləyicisidir. 6-cı pillədə qərarlaşan “Sumqayıt”ın isə 13 xalı var.

“Qarabağ” – “Zirə” 4:0 
Qollar:
Mateus Silva, 2. Yassin Benzya, 52-pen. Bəhlul Mustafazadə, 59. Aleksey Kaşuk, 68.

“Qarabağ”: 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzya, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 20. Riçard Almeyda,30. Abbas Hüseynov, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 15. Pyer Zebli, 17. Ayron Qomis, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 22. İldar Ələkbərov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi., 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Martins Junior, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov

Norveçdən qələbə ilə dönən “Qarabağ” Premyer Liqada da rəqiblərinə heç bir şans vermir. “Zirə” ilə oyunda “köhlən atlar” səviyyə fərqini aşkar ortaya qoydular, liderliyi heç kimə güzəştə getmək fikrinə olmadıqlarını göstərdilər. Respublika stadionunda keçirilən qarşılaşamda “Qarabağ” “Zirə”ni 4 dəfə məyus etdi. Legionerlərin fərqləndiyi oyunda bir qolun da müəllifi Bəhlul Mustafazadə oldu. Qurban Qurbanovun “çərçivə”ni Buntiçə tapşırması, onun da bu etimadı doğruldaraq qapını toxunulmaz saxlamağı bacarması da oyunun diqqətçəkən məqamlarından idi.
Qələbə sayəsində xalını 31-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin 1-ci pilləsini “özəlləşdirib”. Bu tur xalsız qalan “Zirə”nin isə 20 xalı var və qəsəbə təmsilçisi 4-cü pilləni tutur.

Amal Abuşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri