Icma.az
close
up
RU
Qarabağ mətbəxinin qədim yeməyi: Bağır Beyin

Qarabağ mətbəxinin qədim yeməyi: Bağır Beyin

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bağır-beyin - zəngin Qarabağ mətbəxinin çox qədim yeməklərindən biridir. Bu yemək dadlı olduğu qədər də xeyirlidir. Bağır-beyin sağlam cavan heyvanın (adətən quzu və toğlu) başı, qara ciyəri və quyruğundan hazırlanır. Çox vaxt bu nadir yeməyi əziz qonaqlar üçün hazırlayırlar.

Milli.Az bağır-beyin yeməyinin reseptini təqdim edir.

Tərkibi:

200 qr quzu qara ciyəri
100 qr quzu beyni
100 qr quyruq
50 qr keşniş
duz, istiot

Hazırlanma qaydası:

Quzunun qara ciyəri, quyruğu və başını ayrı-ayrılıqda qaynadın. Qaynadılmış başdan beyni çıxarın, quyruq və qara ciyərlə bir yerdə əzin və ya ət maşınından keçirin. Bir qabda ət maşından keçirilmiş ciyər, beyin və quyruğu qarışdırın. Üzərinə doğranmış göyərti duz və istiot töküb qarışdırın. Süfrəyə verdikdə üzərinə nar dənələri əlavə edə bilərsiniz. Bağır-beyin süfrəyə soyuq halda verilir.

Bağır-beyinin hazırlanma qaydası Xocavənddə və Laçında fərqlidir. Xocavənd rayonunda bağırbeyini hazırladıqda quzunun qara ciyəri, quyruğu, başı ayrı-ayrılıqda qaynadılır. Ancaq Laçın rayonunda isə tək quzu başı ayrı, quyruq və qara ciyər birlikdə qaynadılır. Laçın rayonunda birinci quyruqla, qara ciyər əzilir və sonra quzunun bişmiş beyni ilə qarışdırılır. Xocavənd rayonunda isə qaynadılmış başın beyni, quyruq və qara ciyərlə bir yerdə əzilir. Bağırbeyin Xocavənd rayonunda süfrəyə keşniş vurularaq və soyuq halda verilir. Laçın rayonunda isə bağırbeyin aşın qarası kimi də istifadə edilir./Evdar.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 İyul 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri