“Böyük Azərbaycan naminə Bağır Seyidzadə” kitabı çap edilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 fevral, AZƏRTAC
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun “Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” adlı kitabı türk dilində oxucuların ixtiyarına verilib.
AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və diplomatı Bağır Seyidzadənin keçdiyi şərəfli həyat və fəaliyyət yolundan bəhs edilir.
Bağır Mirqasım oğlu Seyidzadə ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda diplomatik fəaliyyət göstərib, xalqımızın milli birliyi naminə mühüm və taleyüklü işlər görüb. Əsərdə onun əvvəlcə Makuda, sonra isə Təbrizdə diplomat kimi fəaliyyəti dövründə apardığı işlər şəxsi qeydlərinə və məxfiliyi aradan qaldırılmış arxiv sənədlərinə istinadən araşdırılır, Cənubi Azərbaycanda baş verən bir sıra qaranlıq məqamlara işıq tutulur.
Kitabda, həmçinin Azərbaycan rəhbəri olmuş M.C. Bağırovun və respublikada tanınmış simalardan sayılan Mirhəsən Seyidovun üzləşdiyi çətinliklərdən, Moskva tərəfindən müxtəlif təzyiq və hücumlara məruz qaldıqlarından bəhs edilir, həmin dövrün mürəkkəb ictimai-siyasi mühitinə geniş və spektral baxış təqdim olunur.
“Böyük Azərbaycan naminə – Bağır Seyidzadə” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 11 Fevral 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















