“Qarabağ” “Qalatasaray”la yenidən qarşılaşacaq FOTO İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında daha bir yoldaşlıq matçı keçiriləcək.
İdman.biz xəbər verir ki, QOL.az-a açıqlamasında bu barədə İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov bildirib.
Matçın ən yaxın zamanda keçiriləcəyini deyən klub rəsmisi dəqiq tarixin hələ ki, müəyyənləşmədiyini bildirib:
“Qarabağ”la əməkdaşlığımız yüksək səviyyədə davam edir. Bu il daha bir yoldaşlıq oyunu keçirmək istəyirik. Oyun İstanbulda olacaq. Hər iki komanda Avropa Liqasında çıxış edir. Ona görə də oyun qrafikləri sıxdır. Amma inşallah bir oyun təşkil olunacaq.
Vaxtı demək bir az çətindir. Çünki dediyim kimi, komandaların oyun sayı çoxdur. Klub rəhbərliyi arasında danışıqlar gedir. Yəqin ki, ən qısa vaxtda matç keçirilər”.
Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” 2023-cü il martın 26-da Bakıda qarşılaşıb. Həmin yoldaşlıq matçı Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 Yanvar 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















