Icma.az
close
up
RU
Qarabağ qazisi Mərkəzi Xəstəxanasının həkimindən ŞİKAYƏTÇİDİR “İlahə Ağayeva qanunlara riayət etmək istəmir” / VİDEO

Qarabağ qazisi Mərkəzi Xəstəxanasının həkimindən ŞİKAYƏTÇİDİR “İlahə Ağayeva qanunlara riayət etmək istəmir” / VİDEO

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ucar rayon, Alpı kənd sakini, 3-cü qrup Vətən müharibəsi əlili Rüstəmov Səfər Mikayıl oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Məlumat üçün bildirim ki, Vətən müharibəsində iştirak edib, Şuşa uğurunda gedən döyüşlərdə ağır yaralanıb əlil olmuşam. Buna görə, mənə 3-cü dərəcəli əlillik təyin olunub.

Prezidentin sərəncamı ilə medallarla təltif edilmişəm. Vətən torpaqlarımızın azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram.

Şikayətim Ucar Rayon Mərkəzi Xəstəxanasının həkimi İlahə Ağayevanın qanunsuz əməlləri barədədir.

Belə ki, 11 noyabr 2024-cü il tarixdə xəstələndiyi üçün anam Məmmədova Yaqut Hüseynalı qızını Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirdim. Müalicə həkim anamım ulturasəs müayindən keçirilməsini məsləhət gördü. Buna görə, növbə alamq üçün sənədi USM həkimi İlahə Ağayevaya təqdim etdikdə çox kobud cavab verib, “mənim vaxtım yoxdur, mən baxa bilmərəm”, - dedi. Mən ona bildirdikdə ki, anam xəstədir, özüm də qaziyəm, daha da uca səslə kobudluq etməyə başladı. İlahə Ağayeva çox kobudluq etdi və anamı ulturasəs müayinəsi etmədi. Mən buna görə çox əsəb sarsıntısı keçirdim. Sonradan mənə dedilər ki, həkim İlahə Ağayeva hamı ilə belə kobud rəftar edir, qanunlara riayət etmək istəmir.

Həmçinin, dedilər ki, onun ülturasəs müayinə aparatı köhnəldiyi üçün düzgün diaqnoz qoyulmur. Buna görə, mən məcbur olub qonşu Göyçay rayon Mərkəzi Xəstəxanasına gedib, anamı orada ulturasəs müayinəsindən keçirtdirdim. Göyçay MRX-nin əməkdaşları vətəndaşlarla çox mehriban münasibət göstərirlər.

İlahə Ağayevanın insanları saya salmaması, kobud rəftar etməsi və qanunlara riayət etməməsi yolverilməz haldır, həkimlik adına bir ləkədir. İlahə Ağayevanın qanunsuz əməlləri barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanova şikayət ərizəsi ilə müraciət etmişəm. TƏBİB-in 1542 qaynar xəttinə zəng edib şikayətimin niyə araşdırılmamasını soruşanda bildirildi ki, guya, mən İlahə Ağayevadan şikayətçi olmadığımı xəstəxananın direktoruna demişəm, guya anamı İlahə Ağayeva ülturasəs müayinə edib. Ancaq bunlar hamısı yalandır, mənim anamı Göyçay Mərkəzi Xəstəxanasında ulturasəs müayinə ediblər ki, sənədi təqdim edirəm.

Hətta İlahə Ağayeva müayinəyə gələnlərə özünün yazdığı tərif ərizələrinə aldadaraq imza etdirib, TƏBİB-ə göndərib. Həmin İlahə Ağayeva qazi İbrahimov Taleh Şamil oğlunun anasına aldadıb özünün yazdığı tərif ərizəsinə imza etdirib.

Bu həkimdən Ucar rayonunda heç kəs razı deyil, çünki insanlarla kobud rəftar etdiyi üçün demək olar ki, hamı ona nifrət edir. Sübut kimi sosial şəbəkədə İlahə Ağayeva barədə edilən paylaşmın altından ucarlıların yazdığı rəyləri oxuyanda bilmək olur.

İlahə Ağayevanın barəsində çox şikayətlər olsa da xəstəxananın direktoru onu müdafiə etdiyi üçüb barəsində indiyə qədər tədbir görülməyib. Çünki gün ərzində müayinədən yığdığı pulların bir hissəsini xəstəxananın direktoruna verir.

Qeyd edim ki, ulturasəs müayinələri İlahə Ağayeva pulla aparır, imkanı olmayanları isə acılayıb təhqir edir, müayinə etmir. Belə faktlar çoxlu saydadır ki, hamı bunu təsdiqləyə bilər.

Zeynal Bayramlı bir neçə ay əvvəl Ucar xəstəxanasının direktoru vəzifəsindən çıxarılanda rayon sakinləri çox sevindi. Ancaq İlahə Ağayeva kimi yaramazın bu xəstəxanada işləməsi Ucar sakinlərinə qarşı hörmətsizlikdir.

Ucarlı vətən müharibəsi qaziləri mən, Taleh İbrahimov, Mirtusi Abbasov, Murad Məmmədov və Laçın Kərimov bizi qəbul etməsi üçün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova ərizə ilə müraciət etmişik.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Vüqar Qurbanova müraciət ünvanlayıb xahiş edirik ki, insanlarla kobud rəftar edən, korrupsiya əməlləri ilə məşğul olan, həkim adına ləkə gətirən İlahə Ağayevanın barəsində ciddi tədbirlər görəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri