Füzuli Mərkəzi Xəstəxanasının əməkdaşı bulaq başında döyüldü
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Füzuli Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı döyülüb.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Alıxanlı kəndində Şıxəli adlanan bulaqdan su doldurarkən baş verib.
Rayon sakini Ceyhun Mehdiyev ailəsi ilə birlikdə su doldurarkən orada olan rayon sakinləri ilə aralarında mübahisə yaranıb.
Əlbəyaxa dava nəticəsində Ceyhun Mehdiyev, 1962-ci il təvəllüdlü Alıyev Kazım Əkbər oğlu və onun qardaşları, 1979-cu il təvəllüdlü Alıyev Yalçın Əkbər oğlu, 1966-cı il təvəllüdlü Alıyev Ələsgər Əkbər oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Dava zamanı xəsarət alan C.Mehdiyev Füzuli Mərkəzi Rayon Xəstəxanasının baş tibb qardaşı vəzifəsində çalışır.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.
Ziya Əmirxanlı


