Icma.az
close
up
RU
Qarabağ qol silahı olmadan nə qədər uzağa gedə bilər?

Qarabağ qol silahı olmadan nə qədər uzağa gedə bilər?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan futbolunun qüruru olan "Qarabağ" tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla bir daha sübut etdi ki, artıq sıradan bir çempion deyil. Qurban Qurbanovun rəhbərliyi altında illərdir sistemli futbol sərgiləyən, avrokuboklarda özünə ad qazanan "Qarabağ" bu mövsüm də böyük səhnədədir. Amma bir məsələ var ki, hamımızın ürəyində sancı kimi qalıb - hücum xətti.

Bu komanda müdafiədə sabitlik, orta sahədə intizam və düşünülmüş oyun planı ilə tanınır. Lakin Çempionlar Liqası səviyyəsində "Qarabağ"ın ən böyük çatışmazlığı hücum xəttidir. Sözün düzü, Bakıdakı azarkeşlər də, Avropada "Qarabağ"ı izləyənlər də bilirlər ki, Ağdam təmsilçisi çox vaxt qol vurmaqda əziyyət çəkir. Qazandığı uğurların böyük hissəsi intizamlı oyunun, döyüşkənliyin və taktiki çevikliyin nəticəsidir, lakin "Qarabağ" bu turnirdə daha iddialı olmaq istəyirsə, həlledici amil fərdi ustalıqdır - xüsusilə də hücum xəttində.

Transfer bazarında "Qarabağ"ın hücumçu axtarışı barədə xəbərlər dolaşır, amma artıq Avropada yay pəncərəsi bağlanıb. Bu, Ağdam klubunu daha çətin vəziyyətə salır. Əlbəttə, sərbəst oyunçular var, amma orada da seçimlər məhduddur. İndi klub rəhbərliyi ya risk edib mövsümü mövcud oyunçularla davam etdirəcək, ya da gec də olsa, güclü bir forvard taparaq bu boşluğu aradan qaldırmağa çalışacaq.

"Qarabağ"ın hər oyunda bacarığının yüz faizini ortaya qoyan legionerləri var. Ola bilər ki, orta sahədən və ya cinah oyunçularından qollar gəlsin, amma Avropanın nəhəngləri ilə oynayanda bir epizodda fərq yarada biləcək "killer instinktli" hücumçuya ehtiyac var. Əks halda, Çempionlar Liqasında toplamaq istədiyimiz xallar xəyala çevrilə bilər.

Əslində, məsələ, sadəcə, idmanla bağlı deyil. Bu, həm də ölkə futbolunun imici məsələsidir. Çünki "Qarabağ" bu səviyyədə yalnız özünü yox, bütün Azərbaycanı təmsil edir. Oyunlarda qol vurmaq, qələbə qazanmaq və ən əsası, Avropanın məşhur komandalarını çətin vəziyyətə salmaq üçün bir az cəsarət, bir az da risk lazımdır.

İndi sual budur: "Qarabağ" hansı addımı atacaq? Yeni hücumçu alacaq, yoxsa ənənəsinə sadiq qalaraq mövcud heyətlə maksimum nəticə qazanmağa çalışacaq? Hansı variantın seçiləcəyini yaxın saatlar göstərəcək, amma bir şey dəqiqdir: Ağdam klubu artıq "avrokubok iştirakçısı" statusundan çıxıb, "avrokubokda rəqibinə diş batıra bilən komanda" mərhələsindədir. Və indi bir forvard transferi bütün oyunun taleyini dəyişə bilər.

Bu fürsəti qaçırmaq olmaz. Çünki Çempionlar Liqasında hər detalın qiyməti milyondur - həm maddi, həm də mənəvi baxımdan.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri