Qurbanov Qarabağ dan gedə bilər? AÇIQLAMA
Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
“16 ildir buradayam. Bu komandaya çox bağlıyam. Çünki mənim həm uğurlu nəticələrim, həm bir məşqçi kimi formalaşmağım bu klubda olub”.
Metbuat.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “ElsSports” platformasına müsahibəsində deyib.
Təcrübəli mütəxəssis əlavə edib: “Həm də bu komandanın adı “Qarabağ”dır. Hamımız üçün çox önəmlidir və məsuliyyətli bir yerdir. Ona görə inanın ki, buradan heç bir kluba sanki getmək istəmirəm. Bütün fikirlərim buradadır və çox istərdim ki, bu komanda ilə bu günə kimi olan uğurlardan daha böyük uğurlar əldə edim. Buna həm komandanın, həm də Azərbaycan futbolunun ehtiyacı var”.
O, heyətə türkiyəli oyunçu transfer etmək ehtimalından da danışıb: “Belə bir şansımız olmayib. Türkiyə liqası bizim liqadan daha üstündür. Türk futbolçuların elə öz liqalarında qalmaları daha uyğundur. Amma Türkiyə Super Liqasından bəzi legionerlər Azərbaycan klublarına gəlib. Gələcəkdə belə halların olması istisna deyil”.
Baxış sayı:89
Bu xəbər 20 Yanvar 2025 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















