Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Qarabağ təhsili dünyadakı müasir analoqlarını necə qabaqlayıb?

Qarabağ təhsili dünyadakı müasir analoqlarını necə qabaqlayıb?

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan tarixi Qarabağ torpaqlarının qədim zamanlardan elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Qarabağda kənd təsərrüfatı və ticarətin yüksək inkişafı elmin və sənətkarlığın inkişafı üçün ciddi zəmin yaradırdı ki, bu da yeni məktəb və mədrəsələrin meydana çıxması ilə nəticələnirdi. Müasir təhsil modelinə əsaslanana ilk belə məktəb 1874-cü ildə Şuşa şəhərində meydana çıxdı. 1830-cı ildə əsası qoyulan üçsinifli Şuşa qəza məktəbi isə 1878-ci ildə dördsinifli şəhər məktəbi kimi fəaliyyətini davam etdirməyə, bütün regionda böyük şöhrət qazanmağa başladı. 

Xarici dil tədrisi, gimnastika məşqləri və elmə aid hər şey...

Şuşa qəza məktəbi üçün xarakterik olan cəhətlərdən biri buarada fizika, həndəsə, coğrafiya və s. fənlərlə yanaşı, həm də xarici dil kimi rus dili fənninin tədrisi ilə bağlıydı Bu, o dövr üçün nadir hesab edilən hadisələrdən biri idi. Çünki göstərilən dövrdə nəinki əcnəbi dil, ümumilikdə müasir tipli məktəb bütün region üçün yeni və çətin dərkedilən bir hadisə kimi qəbul edilirdi. Belə bir dönəmdə Şuşada rus dilinin tədrisi Qarabağdakı uşaq və yeniyetmələrin əcnəbi dil öyrənməsi, bu dil vasitəsi ilə Rusiya və Avropada öz təhsillərini davam etdirməsi milli təhsil sisteminin inkişafı baxımından mühüm əhəmiyyətə malik idi. 

Qarabağ təhsilinin ən qabaqcıl məktəbi olan Şuşada əcnəbi dil öyrənmək vacib hesab edilir, təhsilli  şəxslərin əsas üstünlüklərindən bir kimi qiymətləndirilirdi. Bu baxımdan Şuşa qəza məktəbi Cənubi Qafqazdakı analoqlarını əhəmiyyətli dərəcədə qabaqlamış, günümüzün məkəbləri ilə eyni yanaşma ortaya qoymuşdu. Başqa sözlə desək, əcnəbi dil tədrisi baxımından Qarabağ təhsili dünyamızdakı günümüzün məktəblərini bir neçə on il qabaqlamışdı.

Qarabağ təhsili üçün xarakterik cəhətlərdən biri də burada elmi biliklərlə yanaşı, idman və mədəniyyətə marağın aşılanması idi. Qarabağ məktəblərində fəaliyyət göstərən pedaqoqlar hesab edirdi ki, məktəb uşaqların əqli inkişafı ilə yanaşı, fiziki inkişafını da sitimullaşdırmalı, onları bu sahədə də qabağa aparmalıdır. Buna görə də məktəblərdə  idman fənni də tədris edilirdi. Bunların arasında ən poöpulyarı gimnastika idi. Şuşa qəza məktəbində gimnastikanın tədrisi böyük marağa səbəb olmuş, böyük populyarlıq qazanmışdır.  

Şuşa qəza məktəbində fransız dilinin tədrisi yerli sahibkarlar tərəfindən niyə dəstəklənirdi?

Qarabağ təhsilinin fəxri hesab edilən Şuşa qəza məktəbində tədris edilən digər əcnəbi dillərdən biri də fransız dili idi. Şuşa məktəbində fransız dilinin tədrisi əsasən iki amildən qayanqlanırdı. Bunlardan biri qeyd olunan dövrdə fransız dili və mədəniyyətinin yalnız Cənubi Qafqazda deyil, bütün dünyada populyar olması idi. Təsadüfi deyildir ki, çar Rusiyası dönəmində Qarabağda əsasən bəy nəslindən olan bəzi ailələrin övladları təhsil almaq üçün Fransaya gedir, orada Avropa mədəniyyəti, elmin və təhsilin qabaqcıl yenilikləri ilə tanış olurdular. Təhsil aldıqdan sona geri qayıdan bu gənclər fransız dilinin tədrisində yaxından iştirak edir, uşaq və yeniyetməəri əcnəbi dil öyrənməyə həvəsləndirirdilər.

Şuşa qəza məktəbində fransız dili fənninin tədrisini sitimullaşdıran amillərdən biri də Qarabağ bəylərinin Avropa dövlətləri ilə ticarətə maraq göstərməsi idi. 

Avrtopa dövlətləri ilə ticarət sərfəli olsa da, bu, əcnəbi dildə danışmaq bacarığı tələb edirdi. Sözügedən problemi isə yalnız dil bilgisini artırmaq, bu dilin daha geniş miqyasda tədrisi ilə həll etmək mümkün idi. Buna görə də Qarabağ bəyləri Şuşa qəza məktəbində fransız dilinin tədrisinə dəstək verir, bunu mütərəqqi yeniliklərdə biri kimi qiymətləndirdilər.

Zəngin kitabxanalar və fənn kabinetləri...

Şuşa məktəblərində diqqət çəkən nüanslardan biri də burada zəngin kiytabxanaların və fənn kabinetlərinin  olması idi. Məktəb kitabxanalarında  dövrün demək olar ki, əksər böyük yazıçı və şairlərinin, elm və mədəniyyət xadimlərinin kitabları mövcud idi ki, bu da şahirdlərə özlərini müstəqil şəkildə inkişaf etdirmək, mütaliə mədəniyyətini yüksəltmək imkanı verirdi. Təsadüfi deyil ki, XIX əsrdə nəinki Qarabağ, bütövlükdə Azərbaycanda tapılmayan bir çox kitablar məhz Şuşa məktəblərində rast gəlinir, bu məktəblərdəki kitabxanalarda tapılırdı. Buna görə də yalnız şagirdlər deyil, bir çox araşdırmaçılar, elm və mədəniyyət xadimləri də Şuşa məktəbrindəki zəngin kitabxanalardan istifadə edir, tez-tez bu kitabxanalara üz tuturdular.

Şuşa məktəblərindəki fənn kabinetləri də lazımi elmi nümunələr, təhsil vasitələri ilə zəngin idi. Buna görə də burada şagirdlər hər bir mövzu haqqında daha dolğun məlumat əldə edir, öz bilik səviyyələri, təhsil uğurları ilə digərlərindən fərqlənirdilər. 

Şuşa məktəbləri o dövrün əcnəbi müəllim və alimlərinin də diqqətin cəlb edirdi. Qarabağa yolu düşən hər bir əxnəbi elm adamı Şuşanı, buradakı məktəbləri ziyarət edir, gördükləri qarşısında dərin bir heyrət hissi keçirirdilər. Təsadüfi deyil ki, avropalı səyyahalrın əsərlərində Qarabağda elmə və təhsillə olan böyük maraq qeyd olunur, məktəblərdəki qayğıkeşlik mühitindən ehtiramla söz açılırdı.

Yaxşı oxuyan kasıb şagirdlər təhsil haqqından azad olunurdu...

Qarabağ təhsili və onun Şuşa nümunəsi üçün xarakterik olan xüsusiyyətlərdən biri də bu məktəblərdə yaxşı oxuyan kasıb şagirdlərin təhsil haqqından azad olunması idi. Bu, bir humanizm nümunəsi olmaqla yanaşı, həm də Qarabağda elm və təhsilə verilən yüksək qiyməti göstərirdi. Şuşa məktəblərində təhsil pullu olsa da, yaxşı oxuyan kasıb şagirdlərə pulsuz təhsil imkanı yaradılırdı ki, bu da istedadlı şagirdlərin maddi vəziyyətindən, sosial durumundan asılı olmayaraq təhsil almalarını, özlərini inkişaf etdirmələrini təmin edirdi.

Xatırladaq ki, XIX əsrdə Qarabağ məktəblərində tətbiq edilən bu üsul Avropa və ABŞ məktəblərində yalnız XX əsrdən etibarən tətbiq edilməyə başlayıb. Bu gün həm ölkəmzidə, həm də dünyanın bütün qabaqcıl dövləltrində də universitetə yüksək balla qəbul edilən tələbələr təhsil haqqından azad edilir ki, bu da ümumilikdə elmin və təhsilin inkişafını ciddi şəkildə sitimullaşdırır.

Bir sözlə, Qarabağ təhsilindəki ənənələrin araşdırılması sübut edir ki, bu mütərəqqi ənənələr o dövr üçün son dərəcə mütərəqqi yeniliklər hesab edilməklə yanaşı, bu gün üçün də olduqca aktualdır. Qarabağ təhsili öz qabaqcıl təhsil ənənələri ilə yalnız Cənubi Qafqaz regionunu deyil, bütün Avropanı qabaqlayıb. Bu amil xalqımızın elmə, təhsilə, maarifçiliyə olan sevgisinə dəlalət edir. 

Bu baxımdan Qarabağ təhsilindəki qədim ənənələrin daha ciddi və dolğun şəkildə tədqqi edilməsi, araşdırılması vacibdir. Bu, Qarabağımızda təhsilin inkişafı ilə bağlı bütün forma və mərhələləri aydın şəkildə müşahidə etməklə yanaşı, bu ənənələrin yaşadılmasına, təbliğ olunmasını da ciddi töhfə verə bilər.

Seymur ƏLİYEV

Moderator.az 

Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “ Qarabağ təhsilinin ənənələri: Keçmişdən gələcəyə” adlı layihəsi çərçivəsində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri