Icma.az
close
up
RU
Qarabağ təkcə yenidən qurulmur, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edir

Qarabağ təkcə yenidən qurulmur, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi hazırda dirçəliş dövrünü yaşayır. Bu gün Qarabağ təkcə yenidən qurulmur, həm də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tarixi Şuşa şəhəri işğaldan azad olunduqdan sonra mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Artıq Xankəndi şəhəri də eyni missiyanı yerinə yetirən məkana çevrilib. İyulun əvvəlində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinin ardınca, "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun keçirilməsi də bunun göstəricisidir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, III Şuşa Qlobal Media Forumunun milli mətbuatımızın 150 illiyi ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, proqressiv yanaşmasının daha bir təzahürüdür.

Deputatın sözlərinə görə, Forumda dövlətimizin başçısı çoxsaylı sualları ətraflı şəkildə cavablandırdı. Belə ki, regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri, Böyük Qayıdış və s. məsələlər diqqət mərkəzində oldu. Sülh prosesinə gəlincə, cənab Prezident İlham Əliyevin Forumda Əbu-Dabi görüşü ilə bağlı fikirləri diqqəti cəlb edir. Dövlət başçısı “Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”,-deyə bəyan edib. Cənab Prezident sülh müqaviləsinin paraflanması ideyasının da Azərbaycan tərəfindən irəli sürüldüyünü vurğulayıb. Zəngəzur dəhlizinin açılmasına gəlincə, cənab Prezident dövlətimizin prinsipial mövqeyini xatırladıb. Bu da ondan ibarətdir ki, Naxçıvanla gediş-gəliş maneəsiz və təhlükəsiz olmalıdır.

Forumda Böyük Qayıdışın da diqqət mərkəzində olduğunu deyən Fatma Yıldırımın sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuş işləri sürətlə davam edir. Artıq 18 yaşayış məntəqəsinə qayıdış reallaşıb, bütövlükdə isə həmin ərazilərdə 50 min nəfərə yaxın insan yaşayır və işləyir. Böyük infrastuktur layihələrinin icrası başa çatandan sonra yaşayış məntəqələrinin tikintisi daha da sürətlənəcək.

“Forumda, həmçinin cənab Prezident İlham Əliyev COP29-un əhəmiyyətini vurğulayıb. COP29-da əldə olunan razılaşmalar iqlim problemlərinin həll olunmasına böyük töhfələr verəcək. Nəzərə alaq ki, Azərbaycanın yaşıl gündəliyi də çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Bəşəriyyəti qorumaq üçün bütün ölkələr öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”,- deyən deputat əlavə edib ki, bütövlükdə Forumda aparılan müzakirələr qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Tədbirin məhz Xankəndidə keçirilməsi isə xüsusi məna daşıyır. Çünki bu torpaqlar təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri