“Qarabağ” uğur axtarışında: Rumınları yalnız “Neftçi” məğlub edib TARİXƏ BAXIŞ İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok matçına çıxacaq.
İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasında FCSB ilə görüşəcək.
Liqa mərhələsinin VII turunun Bakıdakı görüşü Azərbaycan və Rumıniya komandaları arasında 9-cu avrokubok qarşılaşması olacaq. Bunadək iki ölkə təmsilçilərinin yolları 4 dəfə ikimatçlıq dueldə kəsişib. Bütün qarşıdurmalarda mərhələni rumıniyalılar keçib.
Baş tutan 8 oyunda Azərbaycan komandalarının yalnız bir qələbəsi var. Buna “Vaslui”ni Bakıda məğlub edən “Neftçi” imza atıb. Yeganə heç-heçə isə “Astra” ilə qolsuz bərabərə qalan “Zirə”yə məxsusdur. Bakı klublarının ikisi də səfərdə 2 top fərqi ilə uduzub.
Sonradan “Bakı” adlanan “Dinamo” da, “Səbail” də Rumıniya klublarına hər iki qarşılaşmada məğlub olub. Ümumilikdə 8 qol vuran təmsilçilərimiz 19 top buraxıblar.
“Qarabağ” isə ilk dəfə Rumıniyadan olan rəqiblə üz-üzə gələcək. Ölkəmizin ən titullu klubu digər təmsilçilərimizdən fərqlənmək, dueldən üstün ayrılmağa çalışacaq. Amma rəqib də öz ölkəsinin ən güclüsüdür. FCSB da ilk dəfə Azərbaycan komandası ilə qarşılaşacaq.
1998/99, UEFA kuboku
“Arceş” – “Dinamo” – 5:1, 2:0
2008/09, İntertoto kuboku
“Neftçi” – “Vaslui” – 2:1, 0:2
2017/18, Avropa Liqası
“Astra” – “Zirə” – 3:1, 0:0
2019/20, Avropa Liqası
“Səbail” – “Universtatya” Krayova – 2:3, 2:3
Qeyd edək ki, sabah keçiriləcək matç saat 21:45-də başlayacaq.
Vüqar Xeyrullayev
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 22 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















