Icma.az
close
up
RU
Messini utandıranlar və qabaqlayanlar TARİXƏ BAXIŞ İdman və Biz

Messini utandıranlar və qabaqlayanlar TARİXƏ BAXIŞ İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycan idmansevərlərinin bütün diqqəti Lionel Messinin ölkəmizə səfərinə yönəlib.

İdman.biz xəbər verir ki, futbol əfsanəsi ilk dəfə Bakıya gəlib.

Argentina millisi Avropadan kənarda Cənubi Amerika zonasında oynadığı, onlarla yoldaşlıq görüşlərinin keçirilmədiyi üçün Messi heç vaxt Azərbaycan millisinin rəqibi kimi ölkəmizə səfər etməyib. Forvard klub karyerasında da Avropada “Barselona” və PSJ-də çıxış edib ki, onlar da klublarımız üçün fərqli “qalaktika”da – Çempionlar Liqasında iştirak edir. Buna görə də əzəli və əbədi rəqibi Kriştiano Ronaldodan fərqli, Messi heç vaxt təmsilçilərimizlə görüşməyib. Elə bu səbəbdəndir ki, onun Bakı səfəri xüsusi çəkiyə malikdir.

Amma Messi heç də ölkəmizə ayaq basan ilk argentinalı deyil. Müxtəlif klubların heyətində onlarla argentinalı avrokuboklarda komandalarımıza rəqib olub. Lakin “tanqo oynayanlar” Azərbaycanda topla da oynayıblar. Söhbət klublarımızın argentinalı legionerlərindən gedir.

Messini qarşılayan yoxdur
Hazırda dünyanın, xüsusilə də Avropanın əksər ölkələrində Messinin həmyerliləri top qovur. Maraqlıdır ki, Azərbaycan bu siyahıda yoxdur. Premyer Liqanın 10 klubunun heyətində müxtəlif ölkələrdən legioner oynasa da, argentinalıya rast gəlmək mümkün deyil. Futbol baxımından ekzotik ölkələrə də üz tutan seleksiyaçılarımız Messinin həmyerlilərinə nədənsə nəzər yetirmir. Bu isə o deməkdir ki, Lioneli Bakıda qarşılayacaq futbolçu həmyerlisi yoxdur.

Messini utandıracaqdı
Azərbaycanda oynamış sonuncu argentinalı Lukas Melano olub. Ötən mövsüm “Neftçi”nin şərəfini qoruyan hücumçu Bakı klubunun son illərdə gətirdiyi çoxsaylı faydasız legionerlərdən biri sayılır. Buna görədir ki, ölkəmizdən gedəndən sonra hələ də klub tapmayıb. Dörd aya yaxın klub axtarışında olan Lukas Premyer Liqamızda heç də xoş təsir bağışlamayıb. 11 oyunda qol vurmayan mərkəz hücumçusunun belə çıxışı, yəqin ki, xəbəri olsaydı, Messini də utandıracaqdı.

Messi debütünü gözləyəndə açılan cığır
Əslində, ölkəmizə gələn əksər argentinalılar elə Melano kimi uğursuz transferlər sayılır. Bir sözlə, Messinin həmyerliləri Azərbaycanda sözünü deyə bilmir və ya gələnlər söz demək qabiliyyətində olmur. Təbii ki, azsaylı istisnalar da var. İlk sırada isə Fernando Peres durur. O, Azərbaycana gələn ilk argentinalı futbolçulardan biridir. 2004-cü ildə “Dinamo”dan “Bakı”ya çevrilən klubun yeni sahibi Hafiz Məmmədov seleksiyaçılarına Cənubi Amerika bazarında fəal olmağı tapşırıb. İlk argentinalılar Fernando Pereslə Gilyermo Leyvo da həmin vaxt Bakı klubuna keçiblər. Paralel olaraq isə “Barselona”da 17 yaşlı Lionel öz debüt anını gözləyirdi.

Messinin görmədiyi 40 qol
Fernando Peres Azərbaycana gəlib getmiş ən uğurlu argentinalı kimi bu günə qədər əlçatmazdır. “Bakı” ilə iki dəfə Azərbaycan çempionu olan bir dəfə ölkə kubokunu qazanan hücumçu Premyer Liqa tarixinin ən məhsuldar legionerləri siyahısındadır. O, çempionatımızda rəqib qapılarından 40 qol keçirib. Qısa fasilə ilə 2004-09-cu illərdə “zolaqlılar”ın formasını geyinən forvarddan sonra heç bir argentinalı Azərbaycanda xoş təsir oyada bilməyib.

Messi gəzməyə, həmyerliləri “gəzməyə” gəlib
Peres və Leyvonu da saysaq, indiyədək 20-yə yaxın argentinalı Azərbaycan çempionatında çıxış edib. Amma onlar təkcə ölkəmizdə deyil, ona qədərki və sonrakı karyeraları ilə də yadda qalmayıblar. Messinin tanıya biləcəyi səviyyədə oyunçu olmayan həmyerliləri arasında yalnız bir neçəsi azarkeşlərin yadında qalmağı haqq edə bilib. Təbii ki, Fernandodan başqa. Onlar arasında Kristian Torres və Xuan Manuel Varea nisbətən seçilib. Torres üç klubda - “Qəbələ”, “Rəvan” və “Qarabağ”da oynaması ilə diqqət çəkir. Yalnız “Rəvan” forması geyinən Varea da Premyer Liqada 50 oyun səddini keçməsi ilə öyünə bilər. Digərlərini isə Messi kimi gəzməyə gəlirmiş kimi dəyərləndirmək də olar. Huqo Barqas, Xorxe Korrea, Lukas Qomes “Neftçi”də, İmanol İriberri, Fakundo Kardoso, Franko Mazurek “Səbail”də, Dieqo Ruis, Lusiano Olquin “Xəzər Lənkəran”da, Franko Floreslə Pablo Podio “Şamaxı”da heç nəylə yadda qalmayıb. Elə Kristian Ruisin AZAL, Leandro Beçerranın “Bakı”, Fakundo Pereyranın “Qəbələ”, Qonzalo Variennesin “Standard”, Fakundo Melvilonun “Zirə” karyerasını da uğurlu saymaq olmaz. Düzdür, onlardan bəziləri bir neçə qol vurmaqla, bəziləri 20-30 oyun keçirməklə öyünə bilər. Amma azarkeşlərin çoxdan unutduğu və ya unutmaqla olduğu argentinalılar heç bir iz qoya bilməyiblər.

Qeyd edək ki, ötən gecə Bakıya qonaq gələn Messi Kristal Zalda keçiriləcək tədbirdə pərəstişkarı önünə çıxacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri