Icma.az
close
up
RU
Qarabağ Universiteti aliminin “Müstəqil türk dövlətlərində dil siyasəti” monoqrafiyası çap olunub

Qarabağ Universiteti aliminin “Müstəqil türk dövlətlərində dil siyasəti” monoqrafiyası çap olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi, 6 avqust, AZƏRTAC

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Müstəqil türk dövlətlərində dil siyasəti” monoqrafiyası nəşr olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitab Qarabağ Universitetinin Elmi Şurasının qərarı ilə çap olunan ilk elmi monoqrafiyadır və ali təhsil müəssisəsinin elmi fəaliyyətində mühüm mərhələdir.

Monoqrafiyada müasir dilçiliyin yeni istiqamətlərindən biri olan dil siyasəti və dil planlaşdırması məsələləri əvvəlcə nəzəri aspektdə təhlil olunub, daha sonra isə türk respublikaları üzrə sistemli və müqayisəli şəkildə araşdırılıb. Kitabda Orxon-Yenisey abidələrindən başlayaraq günümüzə qədər Türk dünyasında baş verən dil prosesi, ümumi və spesifik mənada dil siyasətləri diaxron və sinxron müstəvidə tədqiq olunub.

Əsərdə son 30 ildə müstəqillik qazanmış türk respublikalarında həyata keçirilən dil siyasətləri və bu sahədə qarşıya çıxan əsas problemlər təhlil edilib, onların həlli yolları və perspektivləri göstərilib. Eyni zamanda, türklərin azlıq təşkil etdiyi dövlətlərdə onlara qarşı aparılan dil siyasətləri də araşdırılıb, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi çərçivələrə istinad edilib. Bu kontekstdə Rusiya Federasiyası, Çin Xalq Respublikası, İran İslam Respublikası, Moldova, Bolqarıstan və Gürcüstan kimi ölkələrdə yaşayan türk xalqlarının dillərinin mövcud vəziyyəti və onların qorunması məsələləri geniş şəkildə təhlil olunub.

Monoqrafiyanın elmi redaktorları Almaniya Azad Berlin Universitetinin professoru Barbara Kellner Heinkele, Türkiyə Başkent Universitetinin professoru Süer Ekerdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri