BMU aliminin monoqrafiyası “Springer” nəşriyyatında çap olunub AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xırdalan, 27 dekabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamovun “Naqilsiz və peyk rabitə sistemləri üçün antena və dalğaötürən qurğuların modelləşdirilməsi” monoqrafiyası dünyanın ən nüfuzlu nəşriyyatlarından olan “Springer”də nəşr edilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiya müxtəlif konstruksiya və təyinatlı antena qurğusu və sistemlərinin modelləşdirilməsi, dalğaötürən sistemlərin eksperimental tədqiqi məsələlərinə həsr olunub. Monoqrafiyada tədqiq olunan və modelləşdirilən antena qurğu və sistemləri əsasən naqilsiz rabitə texnologiyalarında, peyk rabitəsində, 5G texnologiyasında, mobil rabitədə, o cümlədən hərbi rabitə texnikasında istifadə edilən sistemlərdir.
Elmi əsər radiotexnika, telekommunikasiya və hərbi rabitə vasitələri sahələrində təhsil alan tələbələr, o cümlədən mühəndis-texniki və elmi işçilər üçün nəzərdə tutulub.
Qeyd edək ki, monoqrafiya Azərbaycan üzrə bu sahədə “Springer” nəşriyyatında çap olunan ilk elmi əsərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Dekabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















