Icma.az
close
up
RU
Qarabağ Universiteti Qazaxıstanın aparıcı universitetlərinin dəstəyini alacaq Nazir KONKRET

Qarabağ Universiteti Qazaxıstanın aparıcı universitetlərinin dəstəyini alacaq Nazir KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstan ən yaxşı müəllimlərini tələbələrə dərs deməyə göndərməklə Qarabağ Universitetinə dəstək verəcək.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu gün ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Qarabağ Universitetində ingilis dilində dərs deyəcək ən yaxşı 10-15 müəllimimizi göndərəcəyik. Onlar riyaziyyat, biologiya, kimya, süni intellekt və kompüter mühəndisliyi üzrə mütəxəssislərdir”, – nazir bildirib.

Bundan başqa, Qarabağda təhsil almaq istəyən Mərkəzi Asiyadan olan tələbələr üçün xüsusi təqaüd proqramının yaradılması da nəzərdən keçirilir: “Bunun qardaş xalqımız üçün nə qədər vacib olduğunu anlayırıq və buna dəstək verməyə hazırıq”.

Təhsil və elm sahəsində daha geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Qazaxıstan hər il azərbaycanlı tələbələr üçün 12 təqaüd ayırır, həmçinin akademik mübadilələri inkişaf etdirir. Hazırda Qazaxıstanda Azərbaycandan 222, Azərbaycanda isə Qazaxıstandan 80-ə yaxın tələbə təhsil alır.

Sayasat Nurbek həmçinin bildirib ki, ölkənin 22 aparıcı universitetinin nümayəndələrinin daxil olduğu Qazaxıstan nümayəndə heyətinin səfəri zamanı 40-a yaxın ikitərəfli saziş imzalanıb. Onların arasında birgə tədqiqatların, nəşrlərin və ekspertizaların aparılmasını nəzərdə tutan elmi əməkdaşlıq haqqında saziş də var.

“İki ölkənin təhsil nazirlikləri arasında birgə qrant tədqiqat proqramının yaradılmasına xüsusi diqqət yetirilir. Elm Fondumuz Qazaxıstan tərəfində operator olacaq ki, bu da hər iki ölkənin alimlərinə birgə layihələr hazırlamağa və maliyyə vəsaiti almağa imkan verəcək”, – o qeyd edib.

Nazir, həmçinin Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası ilə Qazaxıstan alimlərinə Azərbaycanın elmi jurnallarında nəşr edilmək imkanı verəcək yeni sazişin əhəmiyyətini vurğulayıb.

“Biz əlaqələrimizi təkcə strateji tərəfdaşlıq kimi deyil, həm də qardaşlıq, türkçülük kimi qiymətləndiririk. Bizim ortaq tariximiz, dilimiz, dəyərlərimiz və dinimiz var. Ona görə də əməkdaşlığı inkişaf etdirəcək, birgə təhsil və elmi layihələrə keçəcəyik”, – deyə o, yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri