Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qarabağ Universitetində ilk semestr necə keçdi? Tələbələr danışdı

Qarabağ Universitetində ilk semestr necə keçdi? Tələbələr danışdı

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Qarabağ Universitetində payız semestrinin ilk imtahan sessiyası uğurla yekunlaşıb. Tələbələr müxtəlif fənlər üzrə biliklərini nümayiş etdirib və imtahanlar müəyyən olunmuş cədvələ uyğun keçirilib. Prosesin şəffaf və ədalətli təşkil olunması üçün müasir qiymətləndirmə üsullarından istifadə edilib. Bəs ilk imtahanlar Qarabağ Universitetinin tələbələri üçün necə yadda qalıb?

Qarabağ Universitetinin ingilis dili müəllimliyi ixtisasının I kurs tələbəsi Bahar Əmrahzadə öz təəssüratlarını Metbuat.az ilə bölüşüb. O deyib ki, imtahan öncəsi müəyyən çətinlikləri olub, müəllimlər bu barədə ona dəstəklərini əsirgəməyiblər:

“Həm mənim, həm də universitet üçün ilk imtahan sessiyası olduğuna görə tam olaraq necə hazırlaşmalı, haradan başlamalı olduğumu bilmirdim. Amma müəllimlərimiz imtahan ərəfəsində "məsləhət saatı" keçirirdilər və bizə lazım olan, maraq doğuran bütün sualların cavabını verirdilər. Eyni zamanda imtahanın gedişatı haqqında da ətraflı məlumat təqdim edirdilər".

Tələbənin sözlərinə görə, imtahanların müddəti fənlərdən asılı olaraq 80-100 dəqiqə arasında dəyişib:

"İmtahan cavabları isə 3 gün ərzində elan olunurdu. Hazırlıq üçün hər imtahan arasında kifayət qədər vaxt ayrıldığı üçün imtahanlara rahat hazırlaşa bilirdik. Bütün imtahanlarımı müvəffəqiyyətlə başa vurdum və buna görə çox sevinirəm. İlk semestr olduğuna görə bəzən dərsə hazırlaşmaqda səhvlər edirdim, amma növbəti semestrdə daha da yaxşı olacağıma inanıram”.

Qarabağ Universitetinin Maliyyə ixtisasının I kurs tələbəsi Emil Əhmədov isə saytımıza açıqlamasında bildirib ki, imtahanlar açıq tipli sual formatında keçirildi:

“Suallar isə düşündürücü və praktik oldu. Əlbəttə, hər tələbədə olduğu kimi məndə də həyəcan var idi. İmtahan müddətində heç bir problem ilə üzləşmədim. Cavablar 2 və ya 3 gün ərzində açıqlanırdı. Birinci semestri “zərbəçi” olaraq başa vurdum, növbəti semestr isə əlaçı olmağı ümid edirəm”.

Qeyd edək ki, Qarabağ Universitetində dərslər fevralın 17-dən başlayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri