Qarabağ Universitetində “Qarabağdan Türk dünyasina” mövzusunda musiqili ədəbi bədii gecə keçirilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xankəndi, 29 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Universitetində “Qarabağdan Türk dünyasına” mövzusunda musiqili ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov Türk xalqlarının minilliklər boyunca ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan güclü mənəvi dəyərlər sistemi formalaşdırdığını bildirib. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin dərinləşdirilməsi ortaq gələcəyimizin təminatıdır və Qarabağın azadlığı, yenidən qurulması bu prosesin həm strateji, həm də simvolik dayağına çevrilib.
Tədbirin bədii hissəsində İncəsənət və Pedaqoji fakültələrinin müəllim-tələbə heyəti tərəfindən milli musiqi kompozisiyası üzərində hazırlanmış konsert proqramı təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 May 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















