Icma.az
close
up
RU
Qarabağ Universitetində “Qayıdış: Gənclər Forumu” başa çatdı

Qarabağ Universitetində “Qayıdış: Gənclər Forumu” başa çatdı

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Elm və Təhsil Nazirliyi və Gənclər Fondunun dəstəyi, Qarabağ Universitetinin tərəfdaşlığı və "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilən "Qayıdış: Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” layihəsi uğurla başa çatıb.

AZXEBER.COM xəbər verir ki, üç gün davam edən forum panel, seminar və interaktiv sessiyalarla zəngin proqram əsasında təşkil olunub. Tədbir çərçivəsində Qarabağa qayıdış prosesinin hüquqi əsasları, beynəlxalq hüquq normaları, diplomatik yanaşmalar, informasiya müharibəsi kontekstində sosial medianın rolu, eləcə də gənclərin bu proseslərdə iştirakı geniş müzakirə edilib.

Açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov çıxışında ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə təhsil mühitinin formalaşdırılmasının strateji əhəmiyyətindən danışıb. O, Qarabağ Universitetinin yalnız ali təhsil ocağı deyil, eyni zamanda milli yaddaşın, tarixi ədalətin və gələcəyə yönəlmiş dövlət siyasətinin canlı simvolu olduğunu vurğulayıb. Prorektor qeyd edib ki, gənclərin məhz bu məkanda hüquqi, siyasi və beynəlxalq məsələlər ətrafında müzakirələr aparması xüsusi məna daşıyır və bu, vətənpərvərlik tərbiyəsinin praktik müstəvidə təzahürüdür.

Forumda Milli Məclisin deputatı Rizvan Nəbiyev "Qayıdış Konsepsiyası: Diplomatik Perspektivlər və Regional Təhlükəsizlik” mövzusunda çıxış edərək məsələyə beynəlxalq münasibətlər sistemi və regional təhlükəsizlik prizmasından yanaşmanın vacibliyini vurğulayıb. O, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin, həmçinin post-münaqişə dövründə hüquqi mexanizmlərin əhəmiyyətinə diqqət çəkib.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova isə "Qarabağa Qayıdış və Sosial Media: İnformasiya müharibəsi və gənclərin rolu” mövzusunda çıxış edərək rəqəmsal mühitdə düzgün kommunikasiya strategiyasının əhəmiyyətindən bəhs edib. O, sosial medianın ictimai rəyin formalaşmasında mühüm rol oynadığını qeyd edərək gənclərin rəqəmsal savadlılığının artırılmasının vacibliyini vurğulayıb.

Forum çərçivəsində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almış ABŞ-nin İndiana Universitetinin hüquq məktəbinin doktorantı, ADA Universitetinin professoru Altay Mustafayev "Hüquq üzrə xaricdə təhsil və karyera imkanları” ilə bağlı tələbələrə tövsiyələr verib,  "Avropa İnsan Hüquqları Məhkəməsinin Presedentləri Kontekstində Deportasiyaya Uğramış Şəxslərin Mülkiyyət Hüquqlarının Bərpası" ilə bağlı onları məlumatlandırıb.

Tədbirin son günündə Bakı Dövlət Universitetinin Hüquq klinikasının rəhbəri, Köln Universitetinin doktorantura üzrə məzunu Asif Mustafayev xaricdə hüquq təhsili və hüquq sahəsində karyera ilə bağlı təcrübə və tövsiyələrini bölüşüb.

Daha sonra, Dövlət Proqramı çərçivəsində Kaliforniya Universiteti, Berklinin Hüquq üzrə magistratura məzunu Ceyhun Xəlilov, Kembric Universitetinin "Beynəlxalq Hüquq” üzrə magistratura məzunu Cavid Rəhimli, İstanbu Universitetinin hüquq elmləri üzrə fəlsəfə doktoru Dilbər İskəndərova və Asif Mustafayev qayıdış hüququ ilə bağlı tələbələri məlumatlandırıblar.

Onlar tələbələrlə "Qayıdış Hüququ və Beynəlxalq Hüquq”,  "Deportasiya cinayətləri və insan hüquqları” mövzularında müzakirələr aparıblar. Sonda Oksford Universitetinin məzunu Sona Abdullayeva isə "Konstitusional demokratiyaya giriş” mövzusunda interaktiv sessiya keçirib.

Forum iştirakçıların hüquqi biliklərinin artırılması, beynəlxalq perspektivli düşüncə tərzinin formalaşdırılması və milli məsələlərə peşəkar yanaşmanın təşviqi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Tədbir bağlanış mərasimi, iştirakçılara sertifikatların təqdim olunması və xatirə fotosu ilə yekunlaşıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun "Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biridir. "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi bu kimi təşəbbüslərlə gənclər üçün aktual mövzular ətrafında müzakirə və dialoq platformalarının yaradılmasını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Aprel 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri