Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi 500 mindən artıq...

Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi 500 mindən artıq...

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı və ordusu misilsiz bir qəhrəmanlıq, birlik nümayiş etdirərək, işğal altındakı ərazilərimizi azad etdi. Bu tarixi Qələbə təkcə torpaq uğrunda döyüş deyil, eyni zamanda, milli kimliyin, ədalətin və müstəqil dövlət quruculuğunun təntənəsi idi. Bu gün həmin torpaqlarda həyat yenidən qaynayır. Qarabağ və Şərqi Zəngəzurun adları artıq dağıntılar, müharibə xatirələri ilə deyil, inkişaf, quruculuq və gələcəyə olan böyük ümidlərlə hallanır.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı müasir Azərbaycan dövlətinin ən önəmli prioritetlərindən biri olmaqla yanaşı, xalqımızın mənəvi dirçəlişinin, milli həmrəyliyimizin, qətiyyətimizin ən parlaq təcəssümüdür. Uzun illər işğal altında qalan və dağıntılarla üzləşən bu torpaqlar indi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı yenidənqurma layihələri nəticəsində sürətlə dirçəlir, yeni həyatla nəfəs alır. Bu proses yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli mədəniyyətimizin, tariximizin bərpası və dünya miqyasında təbliği ilə birgə gedir.

Azad edilmiş ərazilərə təkcə bu ilin iyulunda 500 mindən çox insanın səfər etməsi adi bir rəqəm deyil. Bu, son dərəcə mühüm göstəricidir. Həmin yarım milyon insan arasında yalnız yerli sakinlər və Vətənə qayıdan ailələr yox, həm də müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də digər xarici qonaqlar yer alır. Bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz, müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir.

İqtisadiyyatın canlanmasında, xüsusilə kənd təsərrüfatının, sənaye və xidmət sahələrinin bərpası və inkişafı mühüm rol oynayır. Dövlət tərəfindən yaradılan infrastruktur, əlverişli investisiya mühiti regiona daxili və xarici investorların marağını artırır ki, bu da gələcəkdə yeni iş yerlərinin açılması və sosial rifahın yüksəlməsini təmin edən amillərdir. Turizmin sürətli inkişafı da bölgə iqtisadiyyatına ciddi təkan verir.

Cari ilin iyulunda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün məhz Xankəndi şəhərində keçirilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və dirçəliş prosesinin real göstəricisidir. Bu Zirvə görüşü regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi imkanların birgə istifadəsi və qarşılıqlı inkişaf üçün platforma yaratmaq məqsədi daşıyır. Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrini, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və postmünaqişə dövründə göstərilən siyasi iradəni əsaslandırılmış faktlarla diqqətə çatdırdı. Azərbaycanın ekoloji təşəbbüsləri, sərmayə cəlbediciliyi, enerji təhlükəsizliyinə verdiyi töhfələr və nəqliyyat dəhlizləri sahəsindəki rolu da çıxışda xüsusi vurğulandı. Bütün bu məqamlar, həmçinin Azərbaycanın bölgədə sabitliyin, davamlı inkişafın və konstruktiv əməkdaşlığın təminatçısı kimi qətiyyətli mövqeyinin daha bir təzahürüdür.

Bir neçə gün əvvəl Şuşa şəhərində keçirilən 3-cü Qlobal Media Forumu Azərbaycanın mədəniyyət paytaxtının artan beynəlxalq nüfuzunu bir daha təsdiqləyir. Forum təkcə media nümayəndələrini bir araya gətirən platforma deyil, həm də Qarabağın zəngin tarixinin, mədəni irsinin və incəsənət ənənələrinin dünya ictimaiyyətinə təqdim olunduğu mühüm hadisədir. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş media təmsilçiləri, ekspertlər və jurnalistlər Qarabağ reallıqları ilə yerində tanış olmaq imkanı qazandı, regionun dirçəliş prosesini öz gözləri ilə gördülər.

Forum, eyni zamanda, mədəniyyətlərarası dialoq və beynəlxalq əməkdaşlıq üçün yeni körpülər qurur. Burada səslənən fikirlər, edilən təqdimatlar və aparılan qarşılıqlı fikir mübadilələri Azərbaycanın mədəni diplomatiya sahəsində qazandığı uğurların nümayişidir. Bu tədbir bir daha göstərir ki, Şuşa təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mədəni, siyasi və mənəvi dəyər daşıyan unikal məkandır.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun, həmçinin ECO-nun Zirvə toplantısı çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana, xüsusilə işğaldan azad edilmiş ərazilərə səfərləri ölkələrimiz arasında dostluğun, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmlənməsinin növbəti əyani təzahürüdür. Bu səfərlər regionda siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsi üçün yeni perspektivlər açır, Azərbaycanla bu ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində önəmli mərhələdir. Bütün bunlar bir daha sübut edir ki, işğaldan azad olunmuş ərazilər təkcə Azərbaycanın suveren və ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də ölkənin sosial-iqtisadi inkişafının, mədəni dirçəlişinin və regional sülhün təminatında əsas təməllərdən biridir. Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi layihələr, təşkil etdiyi beynəlxalq tədbirlər, eləcə də aparılan siyasi dialoq bütün regionun gələcək inkişafı üçün açar rolunu oynayır.

Vaqif Poeziya Günlərinin növbəti dəfə Şuşada keçirilməsi isə milli mədəniyyətimizin dərin köklərini xatırladır və gələcək nəsillərə ötürür. Molla Pənah Vaqif kimi böyük Azərbaycan şairinin irsi vasitəsilə Azərbaycan xalqının milli ruhu, azadlıq və müstəqillik arzuları təcəssüm olunur. Bu mədəni tədbirlər işğaldan azad edilmiş torpaqlarda yalnız maddi deyil, mənəvi bərpanın da reallaşdığını göstərir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir. Burada salınan hər yeni yol, tikilən hər məktəb, yaradılan hər iqtisadi zona Azərbaycanın gələcəyinə, sabitliyə və dayanıqlı inkişafa uzanan yolun bir hissəsidir. Bu torpaqlar artıq yalnız xatirələrin deyil, həm də yeni imkanların, innovasiyaların, sosial və iqtisadi dirçəlişin məkanıdır. Qarabağ və Şərqi Zəngəzurda qurulan hər bir infrastruktur obyektinin, sosial layihənin və mədəni tədbirin arxasında böyük bir ideya dayanır - bütün xalqın gücünü və birliyini əks etdirən yenidənqurma ruhu. İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız fiziki məkana qayıdış deyil, həm də milli kimliyimizin, tarixi ədalətin və dövlətimizin suverenliyinin möhtəşəm bir təntənəsidir. Bu təntənə gələcəyə olan inamın, əzmin və ümummilli birliyin parlaq ifadəsinə çevrilib.
AZƏRTAC

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyul 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see285

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see204

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see195

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see184

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see176

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

28 Oktyabr 2025 14:56see157

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see147

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see141

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see135

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see127

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see125

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see125

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

28 Oktyabr 2025 16:50see124

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see124

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Masallıda “Nadir Ağayev 90: Elm və idmanın zirvəsi” adlı elmi praktik konfrans keçirilib (VİDEO/FOTOLAR)

28 Oktyabr 2025 19:06see118

Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA

28 Oktyabr 2025 18:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri