Qarabağ və Şərqi Zəngəzurda 255 min partlayıcı aşkarlanıb
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri humanitar minatəmizləmə fəaliyyətidir.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, ANAMA-nın fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir.
“Bir zamanlar hər addımı təhlükəli olan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlər, şəhərlər salınır, irimiqyaslı layihələr icra edilir. İşğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 hektar təmizlənib, 255 min 200 (189 min 097 ədəd digər partlayıcı sursat, 42 min 235 ədəd piyada əleyhinə mina, 23 min 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib”, - deyə V.Süleymanov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 İyul 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















