Icma.az
close
up
RU
Qarabag və Şərqi Zəngəzurda təcavüzə məruz qalan məktəblərimiz

Qarabag və Şərqi Zəngəzurda təcavüzə məruz qalan məktəblərimiz

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

9 Sentyabr Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Toqquşmalar, qanlı müharibələr, terrorlar, xəstəliklərlə yaşadığımız dünya uşaqlara da təsirsiz ötüşmür. Belə bir zamanda bu uşaqların təhsildən kənarda qalmaması aktulllıq kəsb edir. Gələcəyimiz olan uşaqların normal şəraitdə təhsil almaları, sağlam mühitdə böyümələri, psixoloji travmalardan uzaq yaşaması üçün birgə səylər vacibdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü zamanı mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Bu gün qloballaşan dünyamızda uşaqların xoşagəlməz mühitlə rastlaşması hər kəsə bəllidir. Bildiyimiz kimi, sentyabrın 9-u Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Baş Assambleyanın Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan etməsi barədə yekdil qərarını alqışlayıb və YUNESKO və UNİCEF-i münaqişədən zərər çəkmiş ölkələrdə yaşayan milyonlarla uşağın acınacaqlı vəziyyəti barədə məlumatlı olmağa çağırıb. Əlbəttə ki, təhsilin bütün səviyyələrində olan, xüsusilə də həssas qruplara aid bütün şagirdlər üçün inklüziv, ədalətli, keyfiyyətli təhsilin qorunması və təmin edilməsi vacib amillərdəndəir. Münaqişə yarandığı bölgələrdə məktəblərin, şagird və müəllimlərin hücumlardan qorunması mütləqdir. Uşaqların təhsil almalarına qarşı yönələn istənilən maneənin, hücuma qarşı sərt mövqe göstərilməli və qarşısı alınmalıdır. Ötən əsrin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu acınacaqlı tarixi yaşamışıq. Məktəblərimiz ermənilər tərəfindən dağıdılmış, müəllim və şagirdlərə ziyan dəymişdir. 44 günlük Vətən müharibəsi dövründə də dünyanın gözü qarşısında Azərbaycan bu zərbələrə yenidən məruz qaldı.

Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə konvensiyalarının tərəfi olan Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçasının tamamilə məhv edilib.

6-15 YAŞ ARASI 10 MƏKTƏBLİ FACİƏVİ ŞƏKİLDƏ QƏTLƏ YETİRİLİB

Vurğulamaq yerinə düşər ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonun artilleriya atəşinə tutması nəticəsində 18 məktəb binasına ziyan dəymiş, 2 məktəb binası tamamilə yararsız vəziyyətə düşmüşdü. Sinif otaqları, binalar tamamilə dağıdılmışdı. Erməni işğalçıları tərəfindən Gəncə şəhərinin ballistik raketlə hədəfə alınması nəticəsində doqquz məktəbə ziyan dəymişdir. Bu kimi hallar Azərbaycan təhsilinə hücumdur. Baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb. Münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqlarımızın təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib. Hazırda azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik.

Müstəqillik tariximizdə Azərbaycanda bütün sahələrdə əldə edilən inkişaf təhsil sahəsindən də kənar ötməmişdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarıb. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazası yaradılıb. Təhsil müəssisələri yenidən qurulub, yeni korpuslar istifadəyə verilib. Bunu Azərbaycanın hər bir bölgəsində görmək mümküdür. 30 ilə qədər işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin xüsusi diqqəti sayəsində abadlıq-quruculuq işləri aparılır. Yeni məktəblərin salınması da görülən işlər sırasındadır.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA MƏKTƏB TİKİNTİSİ

Bildiyimiz kimi, Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra burada aparılan abadlıq-quruculuq işləri nəticəsində tezliklə bu ərazi müasir məkanlar sırasına daxil olundu. Dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında" Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Kənddə böyük quruculuq işlərinə başlandı. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı görülən işlər çərçivəsində fərdi yaşayış evləri, infrastrukturun tikintisi ilə yanaşı, 96 şagird yerlik yeni məktəb binası da tikilib istifadəyə verildi. Müasir standarlara cavab verən məktəbdə ölkəmizin bir çox yerlərində olduğu kimi, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Qeyd edək ki, məktəbin həyətində qazanxana, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar da salınıb. Bu gün Cocuq Mərcanlıda tikilən məktəb kimi işğaldan azad olunan digər ərazilərimizdə də tikilir, yenidən qurulur. Görülən işlər, davamlı səylər nəticəsində bərpa işləri uğurla davam edir. Yeni tipli məktəblər salınır. İşğaldan azad olunan ərazilərdə həyat yenidən qurulur. Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşır. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.

QARABAĞ REGİONUNDA İLK ALİ TƏHSİL OCAĞI

Prezident İlham Əliyevin "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncamına əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradıldı. Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmış oldu. Möhtərəm Prezidentimiz tərəfindən yaradılan Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan ilk ali təhsil ocağımızdır. Bu universitet doğma Qarabağda tarixən mövcud olmuş ali təhsil ənənələrinin bərpasını həyata keçirir.

TƏHSİL İNFRASTRUKTURUNUN BƏRPASI

960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı da görülən işlərin davamıdır. Qeyd edək ki, bu təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Məktəbin binası "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərir. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.

Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir.

Ağdam rayon Kəngərli kənd tam orta məktəbinin binasının açılışı da görülən işləərin davamıdır. 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur. Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Əlbəttə ki, silahlı münaqişələr zamanı bütün səviyyələrdə təhsil müəssisələrinə hücumların baş verməsi ilə əlaqədar BMT tərəfindən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün elan edilməsi təqdirəlayiqdir.

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri