Icma.az
close
up
RU
“Qarabağ” yenə tək qaldı… Futbolumuzun xəcalət günü!

“Qarabağ” yenə tək qaldı… Futbolumuzun xəcalət günü!

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan futbolu Avropa kuboklarında yenə uğursuzluğa məruz qaldı. İllərdir dayanmayan qara ənənə bu mövsüm də davam etdi. “Qarabağ” klubu istisna olmaqla, digər 3 klubumuz avrokuboklara yarışların əsas mərhələsi (Liqa mərhələsi) başlamadan vida etdi.

Turnirdən ilk göndərilən komanda hələ ikinci mərhələdə “Zirə” olmuşdu. Komanda start götürdüyü ilk cəhddəcə (2–ci raund) “Osiyek” qarşısında zəif oldu (evdə 1:1, səfərdə 1:2).

“Zirə”nin ləqəbi qartaldır. Amma belə “qartal” olmur! Nə qanadı var, nə caynağı. Daha yaxşı komanda qurub Avropada uğurlu oynamaq lazımdır. Avropa kuboklarında qrupa düşməyəndən sonra Azərbaycan çempionatında 2-ci yeri lap 10 dəfə tutsan nə olacaq, tutmasan nə olacaq?

Digər təmsilçimiz - ilk dəfə Avropa kuboklarında debüt edən “Araz Naxçıvan” yarışa yaxşı başlayıb Yunanıstanın “Aris” komandasını mübarizədən kənarlaşdırsa da, üçüncü raunda hər iki oyunda biabırçı məğlubiyyətlə üzləşdi: evdə 0:4, səfərdə 0:5. 

“Araz Naxçıvan” yayda heyətinə yeni 7 oyunçu cəlb etmişdi: onlardan da 6-sı legioner. Ümumən Naxçıvan təmsilçisi ən çox legioneri olan və buna ən çox pul xərcləyən klublarımızdandır. Görəsən niyə? 2 oyuna 9 qol buraxmaq üçünmü? İnsafən debütant olduğundan Elmar Baxşıyevin komandasından 3-cü mərhələni keçməyi tələb edən və gözləyən də az idi. Amma belə qorxaq oyun, mübarizə aparmadan təslim olmaq… Görəsən, “Araz” “Aris” üzərindəki qələbənin eyforiyasında idimi? Hər halda görünən bu idi. Uğurun gətirdiyi başgicəllənmə elə oldu ki, onlar meydanda qaçmadılar, keyimiş halda gəzdilər və ümumi nəticədə Kiprin “Omoniya” komandasına 0:9 hesabı ilə uduzdular. 
 

Xəcalət çəkmək lazımdır!

Və təkcə “Araz Naxçıvan”a deyil!

Bir az da “Sabah” barədə. İllərdir bu komanda ilə bağlı ümid yalnız onun adı ilə bağlıdır: avrokubok nəticələri isə sadəcə, fiaskodur. 2024-cü ildə klubun 28 milyon manat büdcəsi olub. Bunun qarşılığı isə Avropa kuboklarında zəif Moldova təmsilçisi “Petrokub”la görüşdə keçilən bir mərhələ oldu. Komands nisbətən güclü rəqiblər - Avroliqada “Çelye” (Sloveniya), Konfrans Liqasının 3-cü mərhələsində isə “Levski” ilə oyunlarda isə uğursuzluğa düçar oldu.   Deməli, klubun rəhbərliyi yatmaqdan ayılmalıdır.
 

Futbolda uğur piarla deyil, nəticə ilə qazanılır. “Sabah”ın tarixində ilk dəfə Konfrans Liqasında “pley-off”a düşmək üçün yaxşı şansı vardı. İlk oyunda 0:1 uduzduğundan biz düşünürdük ki, cavab matçında evdə 2:0 hesabı ilə qalib gəlib növbəti mərhələyə adlayarıq. Hesab doğrudan da 2:0 oldu. Amma bolqarların xeyrinə.

Necə deyərlər, sabahın xeyir, “Sabah”!

Qədəmlərin heç xoş olmadı Dambrauskas!

Və beləliklə, meydanda qaldı bir tək “Qarabağ”! 

Son dəfə Azərbaycan Avropa kuboklarının qrup mərhələsində 2 komanda ilə 2016-cı ildə (“Qarabağ” və “Qəbələ”) təmsil olunmuşdu.

O vaxtdan Avropakubokların qrup mərhələsində yeganə təmsilçimiz “Qarabağ” meydanda tək qalıb. Bəs digərləri? Hər il milyonlar xərclənilir, amma əksəriyyəti ən yaxşı halda 3–cü mərhələdə dayanır. Klublarımızda doğru idarəetmənin olmaması, xüsusən transfer siyasətindəki nöqsanlar, məşqçilərin işindəki qüsurlar ona gətirib ki, çıxarır ki, ilıərdir qrupda cəmi bir komanda ilə təmsil olunuruq.

Və belə futbolumuzun qara günləri davam edir.

“Qarabağ” dalbadal 12 mövsümdür təsnifat mərhələsindən başlayıb qrupda oynayan Avropada yeganə komandadır. Deməli, o birilərdən fərqli olaraq, bunlarda işin, sistemin daha düzgün qurulduğu bir daha təsdiqlənir. Yoxsa, Qurban Qurbanov futbolçu alma xatirinə tələsib legioner gətirsə idi, on ildən artıq tarixi olan bugünmü sabit oyun sistemini qurmasa idi, məşqçi ilə rəhbərlik arasında qarşılıqlı inam, dəstək olmasaydı, bu gün heç “Qarabağ” da qrupda olmazdı…

ELNUR,
QOL.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Avqust 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri