Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Qarabağ” yenə uduzdu, “Kəpəz”lə “Səbail” xalını artırdı

“Qarabağ” yenə uduzdu, “Kəpəz”lə “Səbail” xalını artırdı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Macəra dolu ...Azərbaycan premyer-liqası!

Gerçəkdən də əyləncəli dönəmə qədəm qoymuşuq. Hər turda mütləq bir-iki sürpriz hesab qeydə alınır. Məsələn, “Qarabağ” 2:0 öndə olduğu oyunda rəqibin geridönüşünə imkan yaradır, ağdamlıları səfərdə məğlub edən “Turan Tovuz” “Səbail”lə ev oyununda qələbə qazana bilmir, “Sabah” ardıcıl xal itkiləri üzündən iddiasından uzaq düşür. Yəni bu çempionatın oyunlarına baxmağa dəyər. Nə yazıq ki, stadionun yolunu tutan azarkeşlərin sayı hələ də azdı...
Tur Tovuzda keçirilən “Kəpəz” – “Sabah” oyunu ilə start götürdü. Azər Bağırovun komandasının qış toplanışında yaxşı hazırlaşdığı artıq üzə çıxır. Son üç turda iki qələbə gəncəlilərin turnir vəziyyətini bir qədər düzəltməsinə səbəb oldu.
“Bayquşlar”da isə tam əks proses gedir. Onlar üç oyunda mümkün 9 xaldan ikisini qazanıb. Vasili Berezutskinin ölkə kubokunu üstünlük verməyə meyillənməsi “Sabah”da Allah bilir neçənci dəfə qeyri-sabitlik dönəminin yaşanmasına işarədi.
“Neftçi” - “Şamaxı” oyununun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilirdi. “Ağ-qaralar” qələbə sayəsində xalını 21-ə çatdırdı. Amma onların oyununun keyfiyyəti ilə bağlı suallar qalmaqdadı. 21 oyuna 21 xal istənilən halda ölkənin ən köklu klubuna yaraşan nəticə deyil. “Şamaxı”nın taleyi isə başqa söhbətin mövzusudu. Görünür, Ayxan Abbasov mövsüm başlayandan bəri “hədəfimiz elitada qalmaqdı” deyərkən sərəncamındakı futbolçuların nəyə qadir olduğunu bilirmiş. Bu öz yerində. Sadəcə, “Şamaxı” belə nəticələr fonunda tədricən əsas autsayder imici qazanmaqdadı ki, bu da yaxşı heç nə vəd etmir.
“Turan Tovuz” “Kəpəz”ə məğlubiyyətin ardından növbəti dəfə “qəza enişi etdi”. Məntiqlə tovuzlular “Qarabağ” üzərindəki qələbənin davamını gətirməliydi. Amma belə olmadı, komanda liderlər qrupundan bir qədər uzaq düşdü. Düzdü, bunda qırmızı vərəqənin də rolu oldu. “Səbail” isə qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayır. “Dənizçilər” bu nəticələrlə elitada qalmaq uğrunda amansız mübarizədən sona qədər çəkilməyəcəyini göstərir.
Sumqayıtda keçirilən qarşılaşmada hesab açılmadı. Vaqif Cadavoun komandası “Sabah”ın ardından “Araz-Naxçıvan”a da boyun əymədi. “Qırmızı-ağlar” nəticələri yaxşılaşdırmasa, mövqeyini itirə bilər. Qış fasiləsindən sonra “Araz-Naxçıvan”ın eniş yaşadığını deyə bilərik. “Sumqayıt” isə son heç-heçəni özü üçün qənimət sayır.
Avrokuboklarla bağlı heç bir hədəfi qalmayan, müxtəlif turnirlərdə keçirdiyi son üç oyunda uduzan “Qarabağ”ın artıq bütün diqqətini çempionata yönəldəcəyi aydındı. Lakin Qurban Qurbanovun komandası bu yöndə ümidləri doğrultmadı. Düzdü, “köhlən atlar” 1-ci hissədə iki qol vurdu və fasiləyə öndə yollandı. Lakin “Zirə” 2-ci yarıdakı möhtəşəm geridönüşlə “Qarabağ”ın qapısından 3 top keçirməyi bacardı, tarixində ilk dəfə Ağdam təmsilçisini evdə məğlub etdi. Axır ki Qurban bəy də “Qarabağ”ın böhran yaşadığını boynuna aldı. Amma komandanı bu durumdan necə çıxaracağını bilirmi? Tezliklə bu suala cavab tapacağıq.
Misli premyer-liqası
3-cü dövrə, 21-ci tur
31 yanvar
Kəpəz – Sabah 3:2
Neftçi – Şamaxı 1:0
1 fevral
Turan Tovuz – Səbail 1:1
Sumqayıt – Araz-Naxçıvan 0:0
2 fevral
Zirə - Qarabağ 3:2

1. Qarabağ 21 16 2 3 53-14 50
2. Araz-Naxçıvan 21 13 4 4 23-15 43
3. Zirə 21 12 3 6 34-19 39
4. Turan Tovuz 21 9 9 3 29-22 36
5. Sabah 21 6 10 5 30-28 28
6. Sumqayıt 21 6 4 11 15-28 22
7. Neftçi 21 4 9 8 19-30 21
8. Kəpəz 21 5 2 14 20-46 17
9. Şamaxı 21 4 5 12 19-29 17
10. Səbail 21 4 4 13 20-31 16
Bombardirlər: Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan), Davit Volkov (Zirə) – 8, Cesse Sekidika (Sabah), Leandro Andrade (Qarabağ) – 7.
Növbəti turun oyunları fevralın 9-11-i aralığında keçiriləcək: “Şamaxı” – “Sumqayıt”, “Sabah” – “Turan Tovuz”, “Araz-Naxçıvan” – Kəpəz”, “Zirə” – “Neftçi”, “Qarabağ” – “Səbail”.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri