Icma.az
close
up
RU
Qarabağ yeni transferini rəsmən açıqladı Şəkillər

Qarabağ yeni transferini rəsmən açıqladı Şəkillər

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Qarabağ" növbəti transferini reallaşdırıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ağdam təmsilçisi Sami Mmaeeni heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçinin son klubu Zaqreb "Dinamo"su olub. Mərakeş əsilli oyunçu karyerası ərzində 204 oyuna çıxaraq 12 qol vurub və 6 qolun ötürməsini edib. 

QOL.az-ın daha öncə xəbər verdiyi kimi, Mmaee ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 İyul 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri