Icma.az
close
up
RU
Qarabağ zəfəri Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib

Qarabağ zəfəri Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Universitetində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Universitetində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib.

Tədbirdə qeyd olunub ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq sovet imperiyasının tərkibindən çıxıb. Bu qərar sadəcə siyasi bir akt olmayıb, xalqın milli azadlıq mübarizəsinin nəticəsi və milli kimliyin təntənəsi idi. Müstəqilliyin bərpası Azərbaycan xalqı üçün sadəcə dövlət rəmzi deyil, həm də ölkənin suverenliyi və ərazi bütövlüyü uğrundan canlarından keçmiş şəhidlərin qanı, milyonlarla azərbaycanlının inamı ilə yoğrulmuş müqəddəs dəyərdir.

Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə kafedranın professoru Qabil Əliyev, kafedranın müəllimi Samir Hümbətov, politologiya ixtisası üzrə IV kurs tələbəsi Səbinə Cəlilovanın məruzələri dinlənilib, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Məruzələrdə Azərbaycan xalqının milli azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizəsinin mərhələlərinə toxunulub, ölkənin müstəqilliyinin ağır, çətin tarixi şəraitdə və mürəkkəb siyasi proseslərin fonunda bərpa olunduğu xatırladılıb, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri vurğulanıb. Həmçinin bildirilib ki, Azərbaycanın müstəqillik yolunda ən ağır sınaqlarından biri artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsi olub. Qarabağ zəfəri ilə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirib. Bu zəfər - Azərbaycanın suverenliyinin tam təmin edilməsi və ərazi bütövlüyünün bərpası müstəqilliyin necə dəyərli və qorunmağa layiq olduğunu bir daha sübut edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri