Icma.az
close
up
RU
Qarabağ Zəfəri: Yeni geosiyasi reallığın təntənəsi

Qarabağ Zəfəri: Yeni geosiyasi reallığın təntənəsi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci ilin payızında Azərbaycan Respublikası müasir tarixinin dönüş nöqtəsini yaşadı. Qarabağ torpaqlarının azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi yalnız hərbi qələbə deyil, həm də yeni siyasi, diplomatik və geosiyasi reallığın formalaşmasına səbəb olan strateji hadisə idi. Qarabağ Zəfəri nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini real güc amili ilə bərpa etməklə Cənubi Qafqazın aparıcı aktoruna çevrildi.

Uzun illər davam edən işğal şəraitində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra olunmaması beynəlxalq ədalətin bərpa olunmasını mümkünsüz kimi göstərirdi. Lakin Prezident İlham Əliyevin sistemli diplomatik fəaliyyəti, hərbi modernləşmə siyasəti və milli həmrəyliyə əsaslanan dövlət idarəçiliyi bu stereotipi tamamilə dəyişdi. “Qarabağ Azərbaycandır!” ifadəsi milli konsolidasiyanın rəmzinə çevrilərək, xalqın ideoloji və mənəvi birliyini təmin etdi.

44 günlük müharibə nəticəsində Cənubi Qafqazda qüvvələr balansı köklü şəkildə dəyişdi. Azərbaycan regional siyasətin müəyyənləşdirilməsində həlledici söz sahibi oldu. Postmüharibə mərhələsində regionun siyasi arxitekturası yeni məzmun kəsb etdi – artıq bölgədə hər hansı iqtisadi və ya təhlükəsizlik təşəbbüsünün həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Zəfərin yaratdığı strateji üstünlük Azərbaycanı enerji, nəqliyyat və kommunikasiya sahələrində mühüm tranzit mərkəzə çevirdi. Zəngəzur dəhlizi ideyasının aktuallaşması və Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının dərinləşməsi bu reallığın konkret nəticələrindəndir.

Azərbaycan dövləti postmüharibə mərhələsində azad edilmiş ərazilərdə bərpa və dirçəliş prosesinə xüsusi diqqət yetirir. “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilən bölgələrdə həyata keçirilən layihələr ölkənin sosial-iqtisadi potensialının, idarəetmə çevikliyinin və uzunmüddətli planlaşdırma bacarığının göstəricisidir. Yeni nəqliyyat infrastrukturu, hava limanları, “ağıllı kənd” və “yaşıl enerji” layihələri Qarabağı təkcə mədəni və siyasi deyil, həm də texnoloji mərkəzə çevirmək istiqamətində atılan mühüm addımlardır.

Qarabağ Zəfəri regional olduğu qədər qlobal səviyyədə də geosiyasi təsirə malikdir. Azərbaycanın öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməsi beynəlxalq münasibətlər sistemində yeni model – “ədalətli güc siyasəti” anlayışını aktuallaşdırdı. Bu model dövlətin milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyi də nümayiş etdirdi. 2023-cü ildə Xankəndidə tam suverenliyin bərpası isə bu geosiyasi xəttin məntiqi davamı kimi qiymətləndirilir.

Qarabağ Zəfəri həm də milli kimliyin və dövlətçilik şüurunun yenilənməsi baxımından mühüm mərhələdir. Bu hadisə xalqın özünə inamını, dövlətə bağlılığını və vətənpərvərlik duyğusunu daha da gücləndirdi. Şəhidlərin fədakarlığı, ordunun peşəkarlığı və rəhbərliyin strateji uzaqgörənliyi bir-birini tamamlayaraq milli birliyin qələbəyə çevrilməsini təmin etdi.

Nəticə etibarilə, Bu gün 5-ci ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfəri XXI əsrdə Azərbaycanın dövlətçilik tarixinin əsas mərhələlərindən biri kimi dəyərləndirilir. Bu qələbə regionda yeni geosiyasi reallığın formalaşmasını təmin etməklə, Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirdi. “Qarabağ Azərbaycandır!” ifadəsi artıq sadəcə siyasi şüar deyil, milli qürurun, ədalətin və suverenliyin təcəssümüdür.

Gəray Zeynallı

YAP Laçın rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see210

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see170

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see137

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri