Icma.az
close
up
RU
Qarabağ zəfəri nəinki region, bütün geosiyasi dövr üçün

Qarabağ zəfəri nəinki region, bütün geosiyasi dövr üçün

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu sözləri gürcü politoloq Petre Mamradze söyləyib. Onun sözlərinə görə, Azərbaycanın bu qələbəsi nəinki region üçün, həm də bütün geosiyasi dövr üçün çox böyük və mühüm hadisədir. Azərbaycanın qələbəsi hadisələrin bütün gedişatını dəyişdirdi.
“Xatırlatmaq istəyirəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı danışıqlar 30 ilə yaxın müddətdə davam etdirilirdi və bu illər ərzində Azərbaycan böyük səbir nümayiş etdirirdi. Çalışırdı ki, hər şey sülhlə yekunlaşsın. Amma şərait elə gətirdi ki, Azərbaycan güc yolu ilə torpaqlarını azad etdi”, – deyə Mamradze vurğulayıb.
Politoloq hesab edir ki, Qərb ölkələri də bunu yaxşı başa düşürdü. Onlar bilirlər ki, bu illər ərzində münaqişənin həlli üçün heç bir iş görmədikləri üçün Azərbaycan hərb yolunu seçdi.
“Bir məqama diqqət yetirmək lazımdır. Uzun illər ərzində Ermənistan özü də Qarabağın müstəqilliyini qəbul etmirdi. Çünki onlar da başa düşürdülər ki, gec-tez bu torpaqlar öz sahiblərinə qayıdacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, indi sülhlə bağlı danışıqlarda da Azərbaycan tərəfi səbirli davranır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün lazımı addımlar atılır və bütün dünya çox gözəl görür ki, Azərbaycanın heç bir aqressiv planı yoxdur. Hər kəs gördü ki, Azərbaycan Prezidenti ölkəsinin təhlükəsizliyinin qorunması və ərazi bütövlüyünün bərpası prosesində bütün lazımı qaydalara əməl edib. Başqa etiraz yaradacaq heç bir səbəb olmayıb və buna görə də heç kim artıq heç nə deyə bilmir.
P.Mamradze hesab edir ki, Ermənistanın sülh müqaviləsinə imza atmaması bu ölkənin rəhbərliyi üçün çətin məsələdir: “Çünki illər ərzində ölkənin böyük əksəriyyəti özünü inandırıb ki, Qarabağı əldən vermək olmaz. Hətta gördük ki, 44 günlük müharibədən sonra Ermənistanda hansı etirazlar oldu. Bu, anlaşılandır və siyasi rəhbərliyə olduqca çətindir. Təbii ki, buna da zaman lazımdır və zamanla hər şey qaydasına düşəcək”. (AZƏRTAC)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri