Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə elmi baxış
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 7 noyabr, AZƏRTAC
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Zəfər bayramı münasibətilə “Qarabağ Zəfərinin tarixi əhəmiyyəti. Böyük Qayıdış, quruculuq və milli mədəni irsin bərpası” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Tədbirdə Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində əhəmiyyətindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsinə və bərpasına yönələn siyasi-dövlətçilik fəaliyyətində 4 istiqamət özünü xüsusi olaraq göstərir: birincisi, Azərbaycanda yeni siyasi-iqtisadi sistem formalaşdırmaq, ikincisi; yüksək döyüş qabiliyyətinə malik ordu yaratmaq; üçüncüsü, öz dövlətinə, millətinə bağlı vətənpərvər gənc nəsil formalaşdırmaq; dördüncüsü, torpaqlarımızın işğal faktını dünya tərəfindən qəbul edilməsinə nail olmaq, ölkəmizin beynəlxalq mövqeyini gücləndirmək. Professor bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev ora 100 dəfədən çox səfər edib. Hər bir səfər yeni tikinti, enerji, yol layihələrinin əsasının qoyulması, yaxud bir-iki il əvvəl əsası qoyulmuş layihələrin başa çatması ilə xarakterizə olunur. Hər bir layihənin həyata keçməsi isə öz növbəsində Qarabağın yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, işğaldan azad olunmuş torpaqlarımızın canlanması, dirçəlməsi baxımdan mühüm addım hesab olunur.
Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış Hərəkatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Qarabağ Zəfərinin ideoloji və siyasi əsasları” mövzusunda çıxış edərək bildirib ki, Vətən müharibəsində qələbənin əldə olunması hərbi əməliyyatlarla bərabər, uzun illər ərzində formalaşmış milli iradənin, dövlətçilik strategiyasının və siyasi qətiyyətin məntiqi nəticəsi olub. Məruzədə Qarabağ həqiqətlərinin ictimai şüurda yaşadılması, gənc nəslin tarixi yaddaş və vətənpərvərlik ruhunda formalaşdırılması nəzərdən keçirilib. Ədalət Mustafayev vurğulayıb ki, milli maraqlar ətrafında siyasi və ictimai həmrəyliyin təmin edilməsi Zəfərə aparan mühüm tarixi-siyasi amillərdən biri olub. Məruzədə Vətən müharibəsində Qələbənin qazanılması dövlətçilik iradəsinin, milli yaddaşın, ideoloji bütövlüyün və hərbi gücün qarşılıqlı vəhdətinin tarixi təzahürü kimi qiymətləndirilib.
Həmin şöbənin baş elmi işçisi tarix elmləri doktoru, professor Nazim Məmmədov “Qarabağ Zəfərindən Böyük Qayıdışa: tarixi qələbədən quruculuğa doğru” adlı məruzədində işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma yurdlarına qayıdışı prosesini izah edib, işğaldan azad edilmiş ərazilərdə təsərrüfatın bərpası, həyata keçirilən iqtisadi-sosial layihələr haqqında danışıb.
Elmi işçi Faiq İsmayılov “Tarixi Zəfərdən sonra Qarabağda milli-mədəni irsin bərpası və qorunması” mövzusunda çıxış edib, işğaldan azad olunmuş torpaqlarımızda tarixi memarlıq abidələrimizin bərpası istiqamətində görülən işlər haqqında danışıb.
Baxış sayı:80
Bu xəbər 07 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















