Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Qarabağ Zəfərinin tarixi mənası, Kəlbəcər səfərinin simvolikliyi

Qarabağ Zəfərinin tarixi mənası, Kəlbəcər səfərinin simvolikliyi

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qalib Rəhimli

Azərbaycanın müasir tarixi 44 günlük Vətən müharibəsi ilə yeni mərhələyə qədəm qoydu. Qarabağ Zəfəri yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmadı, eyni zamanda dövlətimizin suverenlik iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün hər bir səfər, hər bir addım, hər bir açılış, işğaldan qurtulmuş bölgələrdə atılan hər yeni təməl daşımız bu Zəfərin möhtəşəm təsdiqidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfəri də bu mənada xüsusi simvolik məna daşıyır. Kəlbəcər uzun illər düşmən işğalı altında qalmış, təbiəti, sərvətləri talan olunmuş, kəndləri dağıdılmış bölgəmizin ən ağır yaralı yerlərindən idi. Ağdərənin Kolatağ və Vəngli kəndlərinə səfər isə Azərbaycan dövlətinin ərazinin hər qarışına sahib çıxmasının rəmzi idi. Prezidentin dediyi kimi: “Bizim iradəmizi heç kim sınaqdan keçirə bilməz. Azərbaycan xalqı öz torpaqlarına qayıdır və burada əbədi yaşayacaq.”

Azərbaycan xalqının yaddaşına Kəlbəcərin işğalı ən faciəli səhifələrdən biri kimi həkk olunub. 1993-cü ilin aprelində baş verən faciəvi hadisələr – minlərlə dinc insanın qar, şaxta, çətin keçidlərdən çıxmağa məcbur qalması, yüzlərlə günahsız insanın yollarda şəhid olması, bütün kəndlərin yerlə-yeksan edilməsi tarixin qanlı səhifələridir. Prezident İlham Əliyev Kəlbəcərdə dağıntıları seyr edərkən bildirdi: “Burada həyat yox idi. İşğalçılar bütün evləri, kəndləri dağıdıblar. Təkcə Kəlbəcərin yox, bütün Qarabağın talan olunmuş mənzərəsini görmək mümkündür.” Bu sözlər yalnız gözlə görünən xarabalığın deyil, həm də xalqımızın keçmiş 30 ildə çəkdiyi ağrıların ifadəsidir. Erməni vandalizmi yalnız daşlara, binalara deyil, həm də məzarlıqlara, müqəddəs yerlərə, təbiətə qarşı yönəlmişdi. Dağıdılmış məscidlər, sökülmüş qəbiristanlıqlar, talan olunmuş meşələr – bunlar bütün dünyanın görməli olduğu vandallığın sübutudur. Prezidentin səfərləri bu həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün də tarixi missiya daşıyır. Otuz ilə yaxın vaxt ərzində ATƏT-in Minsk Qrupu işğalın sona çatması üçün heç bir real nəticə ortaya qoya bilmədi. Əksinə, status-kvonu möhkəmləndirən, işğalçını cəsarətləndirən bəyanatlar verdilər. Prezident İlham Əliyev bu məsələyə bir daha toxunaraq bildirdi: “Minsk Qrupu 30 ilə yaxın fəaliyyətsizliyi ilə faktiki olaraq işğalı legitimləşdirmək istəyirdi. Ancaq biz öz gücümüzlə ədaləti bərpa etdik, Azərbaycanın suverenliyini tam təmin etdik.” Bu səfər bir daha göstərdi ki, Azərbaycan diplomatiyası artıq yeni dövrə qədəm qoyub. İndi ölkəmiz Qarabağ məsələsini bitmiş bir fakt kimi dünyaya qəbul etdirir, bölgədə yeni reallıqların müəllifi kimi çıxış edir.

Qarabağ Zəfərinin əsas sütunu qəhrəman Azərbaycan Ordusu oldu. Prezident İlham Əliyev dəfələrlə vurğuladığı kimi, müasir texnologiyalarla silahlanmış, yüksək mənəvi-psixoloji ruhla döyüşən ordu işğala son qoydu. Kəlbəcər səfəri zamanı dövlət başçısı bir daha bildirdi: “Azərbaycan Ordusu bu qələbəni qəhrəmanlıqla qazandı. Bizim döyüşçülərimiz canlarını, qanlarını qurban verdilər. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalğalanacaq.” Bu gün Kəlbəcər və digər bölgələrdə yeni hərbi hissələrin, sərhəd məntəqələrinin yaradılması Azərbaycan Ordusunun mövcudluğunu daha da gücləndirir və gələcək təhdidlərə qarşı etibarlı qalxan rolunu oynayır. Ən təsirli mənzərə bu gün işğaldan azad olunmuş torpaqlarda başlayan quruculuq işləridir. Kəlbəcərdə yeni elektrik xətləri, yollar, tunellər, su bəndləri inşa olunur. Ağdərənin Kolatağ və Vəngli kəndlərində isə yeni kənd təsərrüfatı layihələri, evlər, məktəblər planlaşdırılır. Prezidentin dediyi kimi: “Biz dağıntılar içində yeni həyat quracağıq. Burada insanlar xoşbəxt yaşayacaqlar.” Bu, yalnız fiziki binaların tikilməsi deyil, həm də xalqın ruhunun dirçəlişi deməkdir. Böyük Qayıdış proqramı ilə minlərlə ailə doğma yurduna qayıdacaq, torpaqlarımız yenidən canlanacaq. Mehriban xanım Əliyeva da səfər zamanı qeyd etdi: “Hər bir azərbaycanlı bu torpaqlara bağlıdır. Bu yerlərin yenidən çiçəklənməsi hamımız üçün böyük sevincdir.” Azərbaycan Qarabağda yaratdığı yeni reallıqları təkcə öz vətəndaşları üçün deyil, həm də bütün dünya üçün nümayiş etdirir. Prezidentin Kəlbəcərdə səsləndirdiyi sözlər dünya ictimaiyyətinə ünvanlanmış bir mesaj idi: “Heç kim Azərbaycan xalqının iradəsini sındıra bilməz. Biz beynəlxalq hüququ öz gücümüzlə bərpa etdik və indi bölgədə sülhün, əməkdaşlığın müəllifiyik.” Bu gün Azərbaycan COP29-un ev sahibi kimi qlobal miqyasda ekoloji, enerji və təhlükəsizlik məsələlərinə dair sözünü deyir. Qarabağda aparılan quruculuq işləri isə bütün dünyaya Azərbaycanın həm sülh, həm də inkişaf nümunəsi göstərmək imkanını yaradır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti bu torpaqların hər qarışına sahib çıxıb. Xalq öz lideri ilə birlikdə tarixi ədaləti bərpa edib, gələcək nəsillərə azad və güclü dövlət miras qoyub. Bu səfər həm də xalqımız üçün böyük qürur mənbəyidir. Qarabağda dalğalanan üçrəngli bayraq, yeni qurulan kəndlər və qayıdan insanlar dövlətimizin əbədi suverenliyinin, xalqımızın sarsılmaz iradəsinin əyani sübutudur. “Biz bu torpaqlara qayıtdıq və bir daha heç vaxt buradan çıxmayacağıq.” – Prezident İlham Əliyevin bu tarixi bəyanatı Azərbaycanın gələcək yolunun ideoloji mayakı kimi yaddaşlarda qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Avqust 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri