Icma.az
close
up
RU
Qarabağa qayıdış daha çevik və planlı: Yeni qərarlar turizmə və sahibkarlığa geniş imkanlar açır ŞƏRH

Qarabağa qayıdış daha çevik və planlı: Yeni qərarlar turizmə və sahibkarlığa geniş imkanlar açır ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 iyul, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərə səfərlər artıq təkcə milli kimliyin çağırışı deyil, həm də planlı inkişafın, güclənən dövlət nəzarətinin və çevik vətəndaş rahatlığının bir göstəricisinə çevrilir. Azərbaycan vətəndaşları üçün "yolumuzqarabaga.az" portalı üzərindən əldə olunan səfər icazələrinin müddətinin 2 gündən 5 günədək uzadılması bu bölgələrə qayıdışı həm simvolik, həm də funksional müstəviyə daşıyır. Vətəndaş artıq Qarabağa düşünülmüş şəkildə ailəsi ilə rahat səfər edə biləcək. Əvvəllər 2 günlük icazələrlə məhdudlaşdırılan səfərlər yeni dəyişikliklərlə daha uzunmüddətli və rahat planlamalara imkan verir. Bu, sadəcə, texniki düzəliş deyil, bu, dövlətin işğaldan azad olunmuş ərazilərdə sabitliyi, təhlükəsizliyi və turizmi sistemli şəkildə təşviq etməsinin bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, daha bir mühüm yenilik – əgər vətəndaş işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərən hoteldə öncədən rezervasiya edibsə, artıq əlavə icazə prosedurlarına vaxt itirməyəcək. Hotel onun adından giriş icazəsini avtomatik şəkildə təmin edir. Bu, vətəndaşın vaxtına qənaət etməklə yanaşı, turizm planlamasının çevik və funksional şəkildə həyata keçirilməsinə geniş imkan yaradır.

Eyni zamanda, hotel rezervasiyası alternativ, sadələşdirilmiş yoldur, məcburi deyil. Fərdi səfər planı olan hər bir vətəndaş əvvəlki qaydada www.yolumuzqarabaga.az portalına daxil olaraq elektron icazəsini əldə edə bilər. Yəni, seçim imkanı var, sərbəstlik var, amma təhlükəsizlik tələbləri dəyişməz olaraq qalır. Qəbul edilən bu qərarlar Qarabağ və Şərqi Zəngəzurun turizm xəritəsində yeni mərkəzə çevrilməsini stimullaşdırır. Daha çox turist – daha çox biznes, daha çox xidmət sahəsi və nəticə etibarilə – bölgədə iqtisadi canlanma. Bu, dövlətin yalnız təhlükəsizliklə deyil, iqtisadi inkişafla da bağlı strategiyasının bir parçasıdır.

Unudulmamalıdır ki, işğaldan aza edilmiş ərazilərimiz hələ də minalardan təmizlənməsi mərhələsindədir. Hər bir vətəndaş səfərdən əvvəl mina təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlarla tanış olmalı və səfər yoldaşlarını da xəbərdar etməlidir. Bu, dövlətin tələbidir, amma hər birimizin vətəndaşlıq məsuliyyətidir. Bütün bu dəyişikliklər yalnız logistik mexanizmlər deyil, milli yaddaşa, torpaq sevgisinə, vətənə bağlılığa verilmiş praktiki bir cavabdır. Qarabağa qayıdış başlayıb. İndi bu qayıdış daha planlı, daha təhlükəsiz və daha dayanıqlı olacaq.

“Qarabağ yalnız tariximiz və mədəniyyətimizin beşiyi deyil, həm də gələcəyin iqtisadi və turizm mərkəzinə çevrilmək potensialına malikdir. Buraya atılan hər addım təkcə fiziki deyil, həm də mənəvi bir dönüşdür. Ağdam, Füzuli, Şuşa, Zəngilan və Laçın kimi şəhərlərə artan maraq dövlət tərəfindən təşkil olunan turlar vasitəsilə də müşahidə edilir. Yeni qərarlar həm də yerli və xarici turistlərin bölgəyə cəlb olunmasını asanlaşdıracaq. Xüsusilə yay aylarında artan səfərlər regionda hotellərin və turizm obyektlərinin sayının çoxalmasına təkan verəcək.

Dövlət tərəfindən yaradılan bu imkanlar gənclərin bölgəyə marağını artırmaqla yanaşı, Qarabağın gələcək nəsillər üçün tanıdılmasını da təmin edir. Qarabağa edilən səfərlər həm də oradakı dirçəlişi yerində görmək, Azərbaycan dövlətinin gücünü və quruculuq əzmini hiss etmək fürsətidir. Bu proseslər, eyni zamanda, diaspora üçün də cəlbedici mexanizmlər formalaşdırır. Regiona edilən hər bir səfər həm milli həmrəylik, həm də sosial yaddaş baxımından mühüm əhəmiyyət kəsb edir. Qarabağa səfərlər, sadəcə, gediş-gəliş deyil, bu, bir xalqın qürurla ayağa qalxma hekayəsidir”, - deyə T. İsmayılov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri