Icma.az
close
up
RU
“Qarabağ”a ümid verən rəqəmlər İdman və Biz

“Qarabağ”a ümid verən rəqəmlər İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Avropa Liqasının Liqa mərhələsinin bir çox cəhətdən ən zəif göstəricilərinə malik “Elfsborq”, bununla belə növbəti rəqibi olan “Qarabağ”ı xal və mövqe baxımından qabaqlayır. İsveç təmsilçisi ağdamlılardan 1 xal və 4 pillə öndədir.

İdman.biz bu iki rəqibin statistik göstəricilərini müqayisəli şəkildə nəzərdən keçirib.

Qol sayında da komandamız geridədir. 5 oyunda rəqibin 7, “Qarabağ”ın 4 qolu var. Qapısında 11 qol görən “Elfsborq” təmsilçilərimizdən 2 top az buraxıb.

“Qarabağ” rəqib qapılarına 5 oyunda 56 zərbə endirib ki, onlardan 18-i çərçivəyə yönəlib, 26-sı yan ötüb, 12-si bloka alınıb. Qitədə ən zəif göstəriciyə malik “Elfsborq”un 35 zərbəsindən 16-sı qapı səmtinə olub, 12-si hədəfdən yayınıb, 7-si bloka alınıb. Göründüyü kimi, “Qarabağ” zərbə sayında rəqibini xeyli qabaqlasa da, isveçlilərin dəqiq zərbələrinin sayı futbolçularımızdan fərqli, qeyri-dəqiqləri üstələyir. Bu mənzərə zərbələrlə qolların nisbətində də vəziyyətin xeyrimizə olmadığını göstərir.

Futbolçularımızın 6 zərbəsi dirəyə tuş gəldiyi halda, rəqibin belə təcrübəsi yoxdur.

Turnirin 36 iştirakçısı arasında hücum sayında (181) 9-cu olan Ağdam klubu bu baxımdan 35-ci olan “Elfsborq”dan (104) xeyli irəlidədir.

Künc zərbələrinin sayında “Qarabağ”ın üstünlüyü 3 dəfəyə yaxındır – 27-10.

Sərbəst zərbələri ağdamlılar 80, isveçli futbolçular 46 dəfə yerinə yetirib.

Ofsayda isə Azərbaycan çempionu (13) rəqibə (9) nisbətən daha çox düşür.

Oyunlarda 50 faiz topa sahibolma göstəricisinə malik “Qarabağ”, görəsən 36,8 faizlə qitədə ən zəif “Elfsborq”la matçda bu keyfiyyətdən yararlana biləcəkmi?

Əslində, ötürmələrin sayı və dəqiqlik faizi də matça ümidlə baxmağımıza əsas verir. Qurban Qurbanovun yetirmələri 2251 ötürmənin 83,2 faizində dəqiq olublar. Qarşı tərəf isə yenə də ən aşağı qitə göstəricisi ilə 1507 ötürmənin cəmi 72 faizini ünvana çatdıra bilib.

Azərbaycan klubunun oyunçuları 82 uzun ötürmənin yarısında dəqiq olublarsa, skandinaviyalılar 73 belə ötürmənin 38 faizində uğurlu olublar.

Təkbətək mübarizədə (52,5% – 42,2%) və mövqe mübarizəsində (56,6% – 41,9%) futbolçularımız şimallılardan kifayət qədər üstündür. Ancaq şimal təmsilçilərinin boy xüsusiyyətinə uyğun olaraq, hava mübarizəsində vəziyyət əksinədir (37,4% – 43,3%).

Uğurlu driblinq sayında da üstün tərəf ağdamlılardır – 39-28.

Topalma sayı “Qarabağ”da 119, “Elfsborq”da 80-dir.

Qapıçı seyvlərində isə fərq minimaldır. Ağdam klubu bu sahədə 23 seyvlə Avropa Liqasında 4-cü, “Elfsborq” 22 seyvlə 6-cıdır.

Oyun intizamına gəlincə, “Qarabağ” futbolçuları 49 dəfə, rəqibləri 64 dəfə qaydaları pozublar. Fola məruz qalmada isə ağdamlılara qarşı digər komandalar 65 dəfə kobudluğa yol veriblər. “Elfsborq”a qarşı belə halların sayı 40-a bərabərdir.

Vüqar Məmmədov
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri