Icma.az
close
up
RU
“Qarabağ”da 2025 ci ildəki 11 önəmli hadisə

“Qarabağ”da 2025 ci ildəki 11 önəmli hadisə

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə

“Qarabağ” klubu 2025-ci ilin ən əlamətdar məqamlarını təqdim edib.

QOL.az xəbər verir ki, klubun açıqlamasında ilin önəmli uğurları, əlamətdar məqamları və komandaya məxsus xüsusi hadisələrə toxunulub.

“Qarabağ”dan “Flamenqo”ya
Komandamız növbəti səs-küylü transferi gerçəkləşdirib. Parlaq oyunu və qolları ilə azarkeşlərimizə sevinc bəxş edən Olavio Juninyo “Flamenqo”ya transfer olunub. Avropanın bir sıra klublarının, o cümlədən “Sevilya”nın heyətinə qatmaq istədiyi 28 yaşlı hücumçu Braziliyaya qayıtmağa üstünlük verib. 2023-cü ilin yayından komandamızın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, komandamızla ölkə çempionu olub, çempionatın bombardiri və kuboku qalibi adına yiyələnib.
 


Ardıcıl 5-ci, tarixdə 12-ci çempionluq 
Komandamız 2024/25 mövsümündə Azərbaycan çempionu olub. Bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib. “Sabah”ın qonağı olan “Qarabağ” səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Bu, ardıcıl 4-cü, klub tarixində 12-ci çempionluq olub. Komandamız bunadək 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olub. Bu, baş məşqçimiz Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.
“Qarabağ”dan yeni rekord
2024/25 mövsümünü çempion kimi tamamlayan komandamız kubokda da finala qədər irəliləyib. Ardıcıl ikinci dəfə həlledici matça vəsiqə qazanan “Qarabağ” tarixində 12-ci dəfə final həyəcanı yaşayıb. Bununla da komandamız turnirin tarixində mütləq rekorda imza atıb. “Qarabağ” Azərbaycan kubokunun finalında ən çox oynayan komanda adına sahib çıxıb.

10-cu dəfə “Qarabağ”lı

Komandamızın futbolçusu Leandro Andrade Misli Premyer Liqasında 2024/25 mövsümünün bombardiri olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə bu ada komandamızın futbolçusu layiq görülüb.
Tarixi uğur
Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn yeganə klub olan ‘Qarabağ’ 2017/18 mövsümündə əldə etdiyi uğuru təkrarlayıb. 8 il əvvəl qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ‘Qarabağ’ bu dəfə liqa formatlı yarışda iştirak hüququ əldə edib. Pley-offda Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdıran komandamız bununla da qitənin ən güclüləri ilə daha 8 matç keçirmək imkanı qazanıb.

Prezidentin daimi diqqət və qayğısı
Prezident İlham Əliyev hər zaman olduğu kimi 2025-ci ildə də klubumuza dəstəyini nümayiş etdirib. Daim “Qarabağ”a diqqət və qayğı ilə yanaşan dövlət başçısı komandamız pley-offda “Ferensvaroş” səddini keçərək Liqa mərhələsinə çıxdıqdan sonra sərəncam imzalayıb. “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev həm “Ferensvroş”la cavab oyunu, həm də Liqa mərhələsinin “Benfika” və “Kopenhagen” üzərində qazanılan qələbələrindən sonra təbrik paylaşımı edib.

Azərbaycan futbolunda ilk
Komandamız Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. “Qarabağ” buna Liqa mərhələsinin I turunda imza atıb. Portuqaliyada “Benfika” ilə görüşən komandamız 2 qol buraxaraq məğlub duruma düşsə də, Lissabondan əzmkar qələbə ilə dönüb – 3:2. Bu, ölkə futbolu tarixinə Çempionlar Liqasının əsas raundundakı ilk qələbə kimi düşüb.
İki oyun, iki ilk: Bikalyo və Cəfərquliyev tarixə düşdü
Çempionlar Liqası tarixində ilk dəfə Azərbaycan klubunun futbolçusu oyunun ən yaxşısı seçilib. Komandamızın yarımmüdafiəçisi Pedro Bikalyo Liqa mərhələsinin “Benfika” ilə səfər matçında bu mükafata sahib çıxıb. Növbəti turda da ilk yaşanıb. Elvin Cəfərquliyev bu ada layiq görülən ilk azərbaycanlı futbolçu olub. O, “Kopenhagen”lə ev görüşündə fərqlənib.
Dünya çempionu Bakıda
Komandamız Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl iki ev oyununda xal qazanıb. “Kopenhagen” üzərində qələbənin ardınca rəqib klublararası dünya çempionatının yeni qalibi “Çelsi” olub. İngiltərə klubu ilə başabaş mübarizə aparan “Qarabağ” dünya çempionu ilə sülhə imza atıb. Bu, həm də futbolun yaradıcısı olan İngiltərə təmsilçilərindən alınan ilk xal olub.

İlin ən yaxşıları
Komandamızın il ərzində qazandığı nailiyyətlərə görə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə də mükafatlandırılıb. Klubumuz 2024/25 mövsümündə Azərbaycan çempionu adını 12-ci dəfə qazanması, ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə yüksəlməsi, Çempionlar Liqasında ikinci dəfə ən güclülər sırasında yer alması iki mükafatın təqdim olunmasına əsas verib. Bu uğurların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib. Komandamızın baş məşqçisi Qurban Qurbanov İlin ən yaxşı kişi məşqçisi adını qazanıb.

“Top-100”də
Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dünya reytinqində ölkəmizin ən yaxşı təmsilçisidir. 2025-ci ilin yanvarında 81-ci olan “Qarabağ” dekabrdakı cədvəldə planetin 68-ci komandasıdır. “Top-100”də möhkəmlənən komandamız noyabrda 65-ci sırada yer alıb. Bu göstərici Avropa və dünyanın bir sıra tanınmış klublarını arxada qoymaq üçün yetərli olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see439

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see418

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see332

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see306

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see279

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see273

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see268

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see255

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see225

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see213

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see212

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see212

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see202

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see202

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see178

Özgür Özəl həbs olunacaq

05 Avqust 2026 00:43see177

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see176

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see176

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see174

Fransada sosial gərginlik aviaşirkət işçiləri tətilə başlayır

05 Avqust 2026 02:23see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri