Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Qarabağ”da 2025 ci ildəki 11 önəmli hadisə

“Qarabağ”da 2025 ci ildəki 11 önəmli hadisə

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Qarabağ" 2025-ci ilin ən əlamətdar məqamlarını təqdim edib.

"Football-plus.az" xəbər verir ki, klubun açıqlamasında ilin önəmli uğurlarına, əlamətdar məqamlarına və komandaya məxsus xüsusi hadisələrə toxunulub.
“Qarabağ”dan “Flamenqo”ya
Komanda növbəti səs-küylü transferi gerçəkləşdirib. Parlaq oyunu və qolları ilə azarkeşlərimizə sevinc bəxş edən Olavio Juninyo “Flamenqo”ya transfer olunub. Avropanın bir sıra klublarının, o cümlədən “Sevilya”nın heyətinə qatmaq istədiyi 28 yaşlı hücumçu Braziliyaya qayıtmağa üstünlük verib. 2023-cü ilin yayından komandanın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, komanda il' ölkə çempionu olub, çempionatın bombardiri və kuboku qalibi adına yiyələnib.
 

Ardıcıl 5-ci, tarixdə 12-ci çempionluq
Komanda 2024/25 mövsümündə Azərbaycan çempionu olub. Bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib. “Sabah”ın qonağı olan “Qarabağ” səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Bu, ardıcıl 4-cü, klub tarixində 12-ci çempionluq olub. Komandamız bunadək 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olub. Bu, baş məşqçi Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.
“Qarabağ”dan yeni rekord
2024/25 mövsümünü çempion kimi tamamlayan komanda kubokda da finala qədər irəliləyib. Ardıcıl ikinci dəfə həlledici matça vəsiqə qazanan “Qarabağ” tarixində 12-ci dəfə final həyəcanı yaşayıb. Bununla da komanda turnirin tarixində mütləq rekorda imza atıb. “Qarabağ” Azərbaycan kubokunun finalında ən çox oynayan komanda adına sahib çıxıb.
10-cu dəfə “Qarabağ”lı
Komandanın futbolçusu Leandro Andrade Misli Premyer Liqasında 2024/25 mövsümünün bombardiri olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə bu ada komandanın futbolçusu layiq görülüb.
Tarixi uğur
Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn yeganə klub olan ‘Qarabağ’ 2017/18 mövsümündə əldə etdiyi uğuru təkrarlayıb. 8 il əvvəl qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ‘Qarabağ’ bu dəfə liqa formatlı yarışda iştirak hüququ əldə edib. Pley-offda Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdıran komandamız bununla da qitənin ən güclüləri ilə daha 8 matç keçirmək imkanı qazanıb.
Prezidentin daimi diqqət və qayğısı
Prezident İlham Əliyev hər zaman olduğu kimi 2025-ci ildə də klubumuza dəstəyini nümayiş etdirib. Daim “Qarabağ”a diqqət və qayğı ilə yanaşan dövlət başçısı komanda pley-offda “Ferensvaroş” səddini keçərək Liqa mərhələsinə çıxdıqdan sonra sərəncam imzalayıb. “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev həm “Ferensvroş”la cavab oyunu, həm də Liqa mərhələsinin “Benfika” və “Kopenhagen” üzərində qazanılan qələbələrindən sonra təbrik paylaşımı edib.
Azərbaycan futbolunda ilk
Komanda Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. “Qarabağ” buna Liqa mərhələsinin I turunda imza atıb. Portuqaliyada “Benfika” ilə görüşən komanda 2 qol buraxaraq məğlub duruma düşsə də, Lissabondan əzmkar qələbə ilə dönüb – 3:2. Bu, ölkə futbolu tarixinə Çempionlar Liqasının əsas raundundakı ilk qələbə kimi düşüb.
İki oyun, iki ilk: Bikalyo və Cəfərquliyev tarixə düşdü
Çempionlar Liqası tarixində ilk dəfə Azərbaycan klubunun futbolçusu oyunun ən yaxşısı seçilib. Komandanın yarımmüdafiəçisi Pedro Bikalyo Liqa mərhələsinin “Benfika” ilə səfər matçında bu mükafata sahib çıxıb. Növbəti turda da ilk yaşanıb. Elvin Cəfərquliyev bu ada layiq görülən ilk azərbaycanlı futbolçu olub. O, “Kopenhagen”lə ev görüşündə fərqlənib.
Dünya çempionu Bakıda
Komanda Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl iki ev oyununda xal qazanıb. “Kopenhagen” üzərində qələbənin ardınca rəqib klublararası dünya çempionatının yeni qalibi “Çelsi” olub. İngiltərə klubu ilə başabaş mübarizə aparan “Qarabağ” dünya çempionu ilə sülhə imza atıb. Bu, həm də futbolun yaradıcısı olan İngiltərə təmsilçilərindən alınan ilk xal olub.
İlin ən yaxşıları
Komandanın il ərzində qazandığı nailiyyətlərə görə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə də mükafatlandırılıb. Klub 2024/25 mövsümündə Azərbaycan çempionu adını 12-ci dəfə qazanması, ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə yüksəlməsi, Çempionlar Liqasında ikinci dəfə ən güclülər sırasında yer alması iki mükafatın təqdim olunmasına əsas verib. Bu uğurların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib. Komandanın baş məşqçisi Qurban Qurbanov İlin ən yaxşı kişi məşqçisi adını qazanıb.
“Top-100”də
Komanda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dünya reytinqində ölkəmizin ən yaxşı təmsilçisidir. 2025-ci ilin yanvarında 81-ci olan “Qarabağ” dekabrdakı cədvəldə planetin 68-ci komandasıdır. “Top-100”də möhkəmlənən komanda noyabrda 65-ci sırada yer alıb. Bu göstərici Avropa və dünyanın bir sıra tanınmış klublarını arxada qoymaq üçün yetərli olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri