Icma.az
close
up
RU
Qarabağda ermənilərə silah ötürən Fikrət Məhərrəmov kimdir? Dəhşətli faktlar+FOTO FOTO

Qarabağda ermənilərə silah ötürən Fikrət Məhərrəmov kimdir? Dəhşətli faktlar+FOTO FOTO

Icma.az, Bakupost saytına istinadən bildirir.


“Cinayət aləmində “Svo Raf” (yəni, rusca свой – özümüzünkü) ləqəbli erməni oğrusu Rafayel Bağdasaryan barədə 90-cı illərdə eşitməyən yoxdur. Kriminal aləmdə millət söhbəti olmadığı halda 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində öz əlaqələrindən istifadə edərək Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan Ermənistanı silahlandırmaq, ərzaq və yanacaqla təmin etmək üçün istifadə edən bu erməni avtoritetin “sağ əli” azərbaycanlı Fikrət Məhərrəmov olub”.

Bakupost.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, Fikrət Məhərrəmov Rafayel Bağdasaryan kimi İrəvan şəhərində anadan olub:

“Ermənistanda yaşayıb və onunla gənclik illərindən dostluq edib. Bu şəxs erməni kriminal liderin sağ əli olmaqla yanaşı Qarabağ müharibəsində Azərbaycana qarşı törədilən bütün qırğınlarda əli olub.

“Qorxmayın, mən də azərbaycanlıyam”

1992-ci il: Rusiyada yaşayan qarabağlı iş adamları hərbi zavodlardan birindən silahlar alırlar və onu Bakıya göndərmək üçün azərbaycanlı və ruslardan ibarət mühafizə sistemi qururlar. Silahlarla dolu hərbi maşınlar zavoddan çıxıb Bakıya istiqamət alır. Təxminən bir neçə saat sonra maşınların qarşısını bir dəstə alır və gələnlərdən biri Azərbaycan dilində “Qorxmayın, mən də azərbaycanlıyam” deyir. Mühafizəçilər silahı yerə qoyan kimi ermənilərdən ibarət dəstə hər birini əsir götürüb əl-qollarını bağlayırlar və silahları aparılar. Bu dəstənin başında gələn Fikrət Məhərrəmov idi və o erməni Svo Rafın əmri ilə silahları Ermənistana göndərir.

Rafael Bağdasaryanın (“Svo Raf”) sağ əli Fikrət Məhərrəmov » AzNews.info -Xəbər portalı

Kriminalist Sergey Qaloyan “Həmin Svo Raf” adlı kitabında Qarabağ müharibəsi zamanı qanun oğrunun soydaşlarına necə kömək etdiyini danışır. O, Svo Rafın öz adamlarının köməyi ilə Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən azərbaycanlıların silahlarını ələ keçirmək üçün birbaşa Moskvada bütöv bir hərbi əməliyyat təşkil etdiyini təsvir edir. Nəhayət, silahlar Qarabağda ermənilərin əlinə keçdi – Svo Raf dəfələrlə azərbaycanlıların yardımlarına basqınlar həyata keçirib, hamısını oğurlayıb Ermənistana göndərir.

Ermənilərə 14 milyon rubl yardım

Fikrət Məhərrəmov Svo Rafın yanında, Moskvada Minsk otelində qalırdı və bura Ermənistandan Qarabağa göndərilən yaraqlılara, hərbi qruplaşmalara silah, hətta zenit sistemlərinin alınıb göndərilməsinə nəzarət edirdi. Rafael Bağdasaryan öz köməkçisi, azərbaycanlı Fikrət Məhərrəmov vasitəsilə erməni döyüşçülərinə 14 milyon rubl yardım edib.

Fikrət Məhərrəmov Amerikadakı əlaqələrdən istifadə edib, o dövrün müasir silahları olan İsrail istehsalı olan avtomatları və digər silahları alırdı və birbaşa Qarabağa, azərbaycanlıları öldürməyə göndərirdi. Ermənistanda anadan olan Fikrət Məhərrəmovun Azərbaycana və Qarabağa nifrətinin arxasında nə dururdu, bilmirəm. Ancaq onu bilirəm ki, Svo Raf öləndə Bakıdan və keçmiş SSRİ-dən onun dəfninə gedən azərbaycanlı kriminal avtoritetlərə qarşı da münasibəti loyal deyildi. Bilmirəm Ermənistanda anadan olanda ona erməni qanı vurublar, yoxsa digərləri kimi özünü azərbaycanlıdan daha çox erməni hesab etməsi səbəb olub bu xəyanətə, ancaq onun əlində minlərlə soydaşımızın qanı var.

Hətta Bakıda yaşayan kriminal avtoritetlər burdan Ermənistanın üç günlük işıq problemini həll etmək üçün benzin və yanacaq göndərmişdilər. Nədir ki, erməni oğrunun dəfnidir. Qarabağda millət Ermənistanın işğalına məruz qalan günlər “bizim” oğrular və Ermənistanda qohumları olanlar üç gün onları hərtərəfli təmin ediblər.

Buna görə də Azərbaycan birinci müharibədə kifayət qədər itki verdi – sapı özümüzdən olan baltalara görə.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri