Icma.az
close
up
RU
Qarabağda hər kəs topraq icarəyə götürə biləcək

Qarabağda hər kəs topraq icarəyə götürə biləcək

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Azad edilmiş ərazilərdə mina təmizləmə işlər gündən-günə sürətlənir. Statistik məlumatlara görə, artıq 600 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmağa hazırdır. Son illərdə yüz min hektarlarla ərazidə buğda, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları yetişdirilib”.
Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi kənd təsərrüfatı məhsullarının artımı baxımından çox vacibdir:
“Çünki sovetlər dövründə həmin ərazilər ölkə kənd təsərrüfatı ümumi məhsulunun 10-12%-ni ödəyirdi. Əgər mina təmizləmə davam edərsə, həmin torpaqlar əkin dövriyəsinə daxil olarsa, göstərici daha yüksək ola bilər. O torpaqlar münbitdir, orada pambıqçılıq, taxılçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün böyük üçün potensial var. Son illərdə Kəlbəcərə mal-qaranın qaldırılması, arı ailələrinin saxlanması və digər ərazilərdə əkinlərin aparılması göstərir ki, bu torpaqlar gələcəkdə böyük fayda verəcək.
Torpaq icarəsi haqqında qanun var, burada göstərilir ki, istənilən şəxs torpaqları icarəyə götürə bilər. Əgər şəxs sahibkardırsa, imkanı varsa niyə də götürməsin? Sahibkar istənilən yerdən torpaq icarəyə götürüb təsərrüfatla məşğul ola bilər. Hətta xarici ölkə vətəndaşlarına belə torpaq icarəyə götürməyə icazə verilir. Bunu kim başa düşmədən deyirsə ki, niyə Bakıda yaşayan insan Qarabağda torpaq götürür, bu qanunu bilməməzlikdir. Hər bir ölkə vətəndaşının hüququ var ki, istədiyi yerdən torpaq icarəyə götürüb biznesini qursun. Ona görə də həmin ərazilərdə də təhlükəsizlik təmin olunduqca torpaq icarəyə götürə bilər”-T.Rzayev bildirib.
Müsahibimiz qeyd edib ki, həmin ərazilərdə kiçik və orta sahibkarlar indi də faəliyyət göstərirlər:
“600 min hektar torpağın əkin üçün hazır olduğunu qeyd etdim. 100 min hektar ərazidə əkin aparılıb. Bunları əlbəttə ki, sakinlər edib. Bu gün xeyli insan tanıyıram ki, Qarabağda təsərrüfatla məşğul ola bilmək üçün ərazilərin minadan təmizlənməsini gözləyir. O yerlərin təsərrüfatı inkişaf etdirilməsi üçün böyük potensialı var. Amma hər şeydən əvvəl orada təhlükəsizlik tam təmin olunmalıdır. Ermənilər bulaq başına da, qəbir daşlarına da mina basdırıblar. Təhlükəsizlik təmin olunduqdan sonra insanlar sözsüz ki, təsərrüfatla məşğul olmaq üçün oraya axın edəcəklər. Orada müasir texnologiyalardan istifadə edilməlidir, bu gün köhnə üsullarla işləmək mümkün deyil.  Ona görə də mütləq insanlar oraya gedəcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib.
Fərmana əsasən, Nazirlər Kabineti “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və tətbiq ediləcək güzəştin həcmini 3 ay müddətində təsdiq edib Prezidenti məlumat verməli, həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə müraciət edə bilmələri üçün onların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli, yenilənmiş qanundan və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see900

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see339

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see248

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see246

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see234

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see196

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see195

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see190

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see187

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see185

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see181

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see178

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see175

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see172

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see169

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see169

İran və Oman RAZILAŞIR?

26 İyul 2026 15:23see168

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see164

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see162

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri