Icma.az
close
up
RU
Qarabağda toraq necə icarəyə götürülür?

Qarabağda toraq necə icarəyə götürülür?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Bəzi vətəndaşlar Qarabağ ərazisində torpaq sahələrini icarəyə götürərək müxtəlif məqsədlərlə istifadə etmək istəyirlər. Əslində, bu, həm bölgənin iqtisadi inkişafına töhfə verir, həm də əhalinin kənd təsərrüfatı və digər fəaliyyət sahələrində iştirakını artırır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında torpaq icarəsi prosesindən danışıb.

Ekspert bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2024-cü il tarixli fərmanına əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı xüsusi hallar nəzərdə tutulur:

“Yəni investisiya müsabiqələri keçiriləcək və həmin müsabiqədə həm hüquqi şəxslər, həm də fiziki şəxslər iştirak edə bilərlər. Beş hektardan az olmamaq şərti ilə torpaqlar hissələrə bölünür və müsabiqəyə çıxarılır. Həmin müsabiqələrdə investisiya layihələri təqdim olunur və Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin birgə iştirakı ilə qiymətləndirmə aparılır. Bundan sonra uyğunluq dərəcəsi və faydalılıq əmsalı yüksək olan layihələr qəbul olunur, sahibləri isə torpaqları icarəyə götürmək imkanı qazanırlar. Bu torpaqlar örüş, otlaq və biçənək tipli kənd təsərrüfatı torpaqlarıdır və işğaldan azad olunmuş ərazilərdə sırf əkin fəaliyyəti və digər bu kimi kənd təsərrüfatı istiqamətində fəaliyyət üçün nəzərdə tutulub. Bundan əvvəl isə yenə də cənab Prezidentin fərmanına uyğun olaraq müxtəlif icra strukturlarına və nazirliklərə həmin ərazilərdə elektrik xətlərinin çəkilməsi, su ehtiyatlarının yaradılması, su xətlərinin çəkilməsi və torpaqların icarəyə verilməsi üçün müvafiq şəraitin yaradılması istiqamətində addımların atılması tapşırılıb. Bu da kənd təsərrüfatının inkişafına verilmiş xüsusi dəstəkdir”.

V.Oruc qeyd edib ki, bu hüquqlardan istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində elektron portal yaradılıb və bu elektron portaldan müəyyən olunmuş qaydalara uyğun olaraq həm hüquqi şəxslər, həm də fiziki şəxslər müraciət edərək icarəyə torpaq əldə etmək imkanına malikdirlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Aprel 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri